Reklam
Antiterror döyüşlərinin 2-ci ildönümünə həsr olunan tədbir keçirildi - FOTO
05-09-2025 12:20
Dalidag.az xəbər verir ki, tədbir Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış edərək layihənin həm şəhid ailələrinin birliyinin, həm də Türk dünyasının mənəvi həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, layihə barədə ətraflı danışıb.
Tədbirdə layihə çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri və şəhid ailələri üzvlərindən ibarət olan nümayəndə heyəti, Azərbaycandan olan şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyi nəzdində Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin sədr müavini Halit Çağdaş çıxışında səmimi dəvət və qonaqpərvərliyə görə minnətdarlığını bildirib və Azərbaycandan olan şəhid ailələri ilə birgə əməkdaşlığın önəmini vurğulayaraq gələcəkdə bu istiqamətdə birgə layihələrin davam etdiriləcəyini qeyd edib.
Daha sonra çıxış edən Vətən müharibəsi şəhidi Famil Həsənov və Antiterror əməliyyatları şəhidi Şamil Həsənovun anası Aybəniz Həsənova, Antiterror əməliyyatları şəhidi, polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova və Türkiyə Silahlı Qüvvələri şəhidi Eril Alperen Emirin anası Halide Serap Emir qəhrəman şəhidlərimizin fədakarlığının xalqımız üçün qürur mənbəyi olduğunu, onların əziz xatirəsinin heç vaxt unudulmayacağını və Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının bu qəhrəmanlıq nümunələri ilə daha da möhkəmləndiyini qeyd ediblər.
Tədbir Azərbaycan Respublikasının Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Nicat Kazımov və Qoçaq Əsgərov, həmçinin Şəhriyar adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bənövşə” Uşaq Xoru, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xor və şəhid övladlarından ibarət “Qəhrəman övladları” xor qrupunun ifalarından ibarət bədii hissə ilə davam edib.
Qeyd edək ki, layihə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibidir.
Dalidag.az










Kateqoriya: Sosium
Tarix: 05-09-2025 12:20
Baxış sayı: 3146Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















