Reklam
İlin sonuncu Ay tutulması başladı
07-09-2025 19:29
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.
Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayır və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan "Qanlı Ay"ı saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
Qeyd edək ki, sentyabrın 21-i isə ilin son Günəş tutulması (qismən) hadisəsi baş verəcək və Azərbaycandan müşahidə olunmayacaq.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 07-09-2025 19:29
Baxış sayı: 3219Yazı axını
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
29 / 06 / 2026
29 / 06 / 2026
Ən çox oxunanlar





























