Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Laçın rayonunun Zabux və Sus kəndləri icmalarının nümayəndələri ilə görüş keçirib. Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbənin məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının 20

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə

Şəhid Orxan Əsgərovun Tehran hava limanında yola salınması zamanı diqqətçəkən mənzərə yaşanıb. Belə ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” xüsusi təyinatlıları bu şərəfli missiyanı üzərinə götürərək İran hərbçilərinin tabutu təyyarəyədək daşımasına icazə verməyiblər. “Yarasa” səfirlik əməkdaşlarının və Orxan Əsgərovun cənazəsinin Azərbaycana təxliyyəsinin təşkilinə cavabdeh olub. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib. Dalidag.az xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir. Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb. Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq. Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

İranın İsfahan şəhərində güclü partlayış səsləri eşidilib. Dalidag.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış Müdafiə Nazirliyinə məxsus zavodda baş verib. Səbəbin dron hücumu olduğu iddia edilib. Qeyd olunub ki, ötən gün axşam saatlarında İran Müdafiə Nazirliyinin İsfahandakı sursat anbarına PUA-larla hücum olub. İRNA xəbər verir ki, pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub,

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub. Dalidag.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib. Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər: “Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım cəkib”. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin adı açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, o, İran vətəndaşı Yasin Hüseynzadədir. Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Dalidag.az

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə bu gün səhər saat 08.30 radələrində baş verib. Dalidag.az xəbər verir ki, insident zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub. Məlumata görə, o, silahlı hücuma məruz qalaraq dünyasını dəyişib. Hadisə nəticəsində daha 2 nəfər yaralanıb. Hücum edən şəxsin saxlanıldığı deyilir. Hazırda Azərbaycanın rəsmi qurumları hücumla bağlı operativ araşdırma aparır. Əlavə məlumat veriləcək. İrandakı

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Asim oğlu Salahovun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024