Reklam
Hökumənin atasından Rusiya XİN-in iddiasına CAVAB
05-09-2025 11:40
Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb.
“15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”, – Nazirlik qeyd edib.
Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Dalidag.az-ın xəbərinə görə, qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a Rusiya tərəfinin iddiası ilə bağlı bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib.
“Nə vaxt sığorta ödənişi ediblər, bizim xəbərimiz yoxdur. Yalan söhbətdir”, – o qeyd edib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-09-2025 11:40
Baxış sayı: 3158Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























