Reklam
Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür
29-08-2025 11:27
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.Dalidag.az xatırladır ki, o, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.
1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi "215 kl studiyası"nı yaratmağa təşviq edib.
Onun reportajları, əsasən cəbhədən olduğuna görə, "215 kl studiyası"nı da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.
Ç.Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb.
O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.
Çingiz Mustafayevə 1993-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 29-08-2025 11:27
Baxış sayı: 3139Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















