Ermənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının-“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”. Dalidag .az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Dalidag.az xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi

Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb. Ermənistan mətbuatı xəbər verir ki, məğlub ölkə Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır Ermənistan hökuməti ölkəmizin ermənilərin yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqlarını pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb. Qeyd olunub ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci

"Böyük ehtimalla bu vəzifəni müvəqqəti icra edən şəxs Nəcməddin Sadıkovun vəzifədən getdiyi ilk gündən təyin edilib”. Dalidag.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin boş qalan vəzifəsinə aydınlıq gətirərkən deyib. Ekspert silahlı qüvvələrin strukturunda əsas vəzifələrin boş qalmasını mümkün hesab etmir: "Orduda hansısa rəhbər, o cümlədən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad və ya təyin

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə video konfrans keçirib. Dalidag.az -ın məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Müzəffər ordunun qalib sərkərdəsi, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyilə 27 sentyabr tarixindən başlayan, 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq, tarixi qələbə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğaldan azad edilmiş rayonlardan olan gənclərin iştirakı ilə onlayn rejimdə videokonfrans keçirib. 2 fevral Gənclər Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam, savadlı və təşəbbüskar gənc nəslin yetişməsinə, onların vətənə məhəbbət

Bu gündən Azərbaycanda yaşı 65-dən çox olan şəxslərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır. Dalidag.az xəbər verir ki, peyvənd olunacaq 65 yaşdan yuxarı şəxslər risk qrupuna aid hesab edilir. Qeyd edək ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov əhalinin həssas təbəqələrindən olan vətəndaşlarla görüşlərini davam etdirir. Dalidag.az -ın məlumatına görə, millət vəkili ötən günlərdə Vətən Müharibəsində iştirak etmiş Kəlbəcər rayonundan olan qazilərlə görüşüb. Qaziləri yaşadıqları ünvanlarda ziyarət edən millət vəkili Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın, o cümlədən, Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə onları təbrik edib. Bu qələbənin

Vətən müharibəsində iştirak etməyi özümə borc bildim. Oktyabrın 1-də könüllü olaraq müharibəyə getdim. Tərtər-Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak etdim. Dalidag.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşü zamanı Azərtaca-a müsahibəsində Kəlbəcər rayonu 78 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tural Oruczadə deyib. “Fəxr edirəm ki, qalib ordunun qalib əsgərləri sırasında mən də varam. Özüm
Yazı axını