"Siz adil adamsınız, bilirəm ki, haqqı nahaqqa verməyəcəksiniz..."

06-01-2022 13:20

Hər hansı ölkədə bu gün Qazaxıstandakı hadisələrə oxşar olaylar olanda bax bu şəxsiyyət, dövlət və dövlətçiliyi hər şeydən üstün tutan əziz qardaşım mənə və qardaşlarına, qohum-əqrabasına, dostlarına, ümumən ərki çatan hər kəsə qəti və sərt şəkildə tapşırırdı: “Sizlərdən xahiş və tələb edirəm, ölkəmizdə belə hallara əsla yol verməyin, elimizi-obamızı, dost-tanışlarınızı dövlətimizin, Prezidentimizin arxasında durmağa çağırın. Ərəb ölkələri dərs olmalıdır! Hörmətli Prezidentimiz Azərbaycanı bir sabitlik adasına çevirib. Allaha and olsun ki, bu “sabitlik adası” məfhumunu mən ilk dəfə və sonralar dəfələrlə əziz qardaşım Eldarın dilindən eşitmişəm. İndi bu əqidə sahibi, bu dövlətçi adam, Prezidentini hər zaman ən uca mərtəbədə tutan, onun yolunda ən yaxınlarını səfərbər edən şəxsiyyət kimlərinsə qərəzi və kini sayəsində həbs olunub…Məni yandıran budur! Ona görə bu həyatda özümə yer tapa bilmirəm. Yoxsa ki, kişinin başına iş gələr. Azacıq günahı olsaydı, bu qədər yanıb-yaxılmazdım…

Hörmətli cənab Prezident, bilmirəm mənim bu ürək yanğılı müraciətlərimi Sizə çatdırırlar, yoxsa yox. Eldar Həsənovun Sizə qarşı bircə zərrə mənfi hərəkəti, bir xoşagəlməz münasibəti olsaydı, mən bu qədər sarsılmazdım, yanıb-yaxılmazdım! Eldarı özümdən də yaxşı tanıdığım üçün belə əminliklə yazıram. Siz adil adamsınız, Siz bizə Qarabağımızı, Kəlbəcərimizi, diğər işğalda olan rayonlarımızı qaytarmısınız! O Kəlbəcəri ki, bütün kəlbəcərlilər kimi, Eldarla mən də 30 ilə yaxın bir zaman kəsiyində demək olar ki, yaşamamışıq, dərd-azar çəkmişik…Zədələnmiş milli qürurumuzu bərpa etmisiniz! O qürurumizu ki, Azərbaycandan kənara çıxanda qürursuzluğumuzdan “Azərbaycanlıyıq”-deməyə utanmışıq. Bir ovuc erməniyə uduzdurulduğumuza görə…
 
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, əziz İlham Heydər oğlu, Sizi and verirəm müqəddəs bildiyiniz dəyərlərə, ən inandığınız səmimi nümayəndənizi Eldar Həsənovun yanına göndərib onunla görüşdürün, günahlı və ya günahsız olduğunu dərhal biləcək və Sizə obyektiv, qərəzsiz məlumat verəcək. Sizin ədalətinizə, səmimiyyətinizə, insanpərvərliyinizə yaxşı bələd olan şəxs kimi, bilirəm ki, Siz haqqı nahaqqa verməyəcəksiniz. Bu sözləri əbəs yerə yazmıram. Sizinlə bir çağırış Milli Məclisdə həmkar olanda da buna şahid olmuşam. Sizinlə bir dəfə rəsmi səfərdə olanda da Sizin sadəliyinizi, insanpərvərliyinizi, obyektivliyinizi müşahidə etmişəm: Belqradda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin və Səfirliyimizin açılış mərasimlərində mən də dahi serb yazıçı-alimi Milorad Paviçin “Xəzər lüğəti” romanının tərcüməçisi və naşiri kimi iştirakçıydım. Kitab Sizin çox xoşunuza gəldiyi üçün barəmdə dediyiniz xoş sözlər indi də yadımdadır. Təvazökarlıqdan uzaq olsa da, bir faktı da xatırlatmağı borc bildim. 1998-99 illərdə Eldar müəllimin təklifi və köməyi ilə Rusiya və Türkiyə mətbuatında Sizə qarşı olan haqsız yazılara böyük məqalə ilə çıxış etmişəm. Sizdən çox-çox xahiş edirəm mənim bu kiçik qeydlərimi, Eldar Həsənovun səhhətini, yaşını, xidmətlərini və ən əsası da Sizə olan dərin hörmət və ehtiramını nəzərə alıb azadlığına qovuşdurasınız. Ömür boyu Sizə duaçı olacağıq, həmişəki kimi, hər zaman yanınızda əsgər kimi yer alacağıq.
 
Əlövsət Ağalarov, 
sabiq millət vəkili, əməkdar jurnalist
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 06-01-2022 13:20
Baxış sayı: 3216
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar