Gənc Mirzə Kazımbəy (əsl adı Məhəmməd Əli) Həştərxanda şotland missionerlərinin təlqini ilə xristianlığı qəbul edəndən sonra missiyanın iqamətgahında yaşayırdı. Atasına çox bağlı olduğundan ilk günlər ondan ayrı necə qalacağını heç cür təsəvvürünə gətirə bilmirdi. Buna görə də missiyada bir neçə gün keçirəndən sonra atasının yanına vasitəçi göndərib onunla görüşmək istədiyini bildirmişdi. Hacı Qasımbəy görüş təklifindən boyun qaçırmamışdı, amma şərt qoymuşdu ki, onu oğlu kimi yox, hər hansı bir

"Beynəlxalq aləmdə məşhur olan "Gullup International Аssociation" mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir". Dalidag.az bildirir ki, bunu milli.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, ermənilərin əksəriyyəti 44 günlük müharibədəki məğlubiyyətə görə hazırki hakimiyyəti günahkar saymır: "Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən

Xəbər verdiyimiz kimi Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubad oğlu Qubadov adı çəkilən rayon ərazisində fəaliyyət göstərən bərbərxanada işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Bundan sonra sahə müvəkilli qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Daha sonra polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. Hadisə cəmiyyətdə hiddətlə

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi ilə bağlı Tarif Şurasına hələki müraciət olunmayıb. Dalidag.az xəbər verir ki, bu barədə pravda.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni"nin fəaliyyətinin bərpa olunması məsələsinə gediş haqqının aidiyyatı yoxdur və bu iddialar əsassızdır. "Bildiyimiz kimi, metro stansiyaları yeni tipli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması

Video əlavə edilib. Azərbaycanda icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri fəaliyyətə başlayıb. Dalidag.az xəbər verir ki, bir müddət əvvəl dövlət başçısının tapşırığı ilə bütün rayon və şəhərlərin icra hakimiyyəti strukturuna dəyişiklik edilib və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb. Artıq Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla bir sıra rayon və şəhərdə bu şöbəyə təyinatlar həyata

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir. Dalidag.az xəbər verir ki, bunu "trend"ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir. N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur: "Son 1 ildə COVİD-19 virusunda yüzlərlə

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib. Dalidag.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir. "İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", məlumatda qeyd olunub.

Laçının Güləbird kəndində inşa edilmiş su elektrik stansiyasının açılışı olub. Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı deyib. “Güləbird kəndinə getməyimizin səbəbi də qısa müddətdə inşa edilmiş su elektrik stansiyasının açılışıdır. Bu layihə azad edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq”, - deyə Prezident bildirib.

Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb. Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək

Dalidag.az “Yeni Müsavat” Media Qrupunun Xocavənd rayonun Edilli kəndindən reportajını təqdim edir: Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb. Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın
Yazı axını