Reklam
Putin Türkiyəyə gedir. Paşinyan da?!
28-01-2022 09:37

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri Pekində Qış Olimpiadasından sonraya planlaşdırılır. Bu barədə cümə axşamı Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.
"Rusiya prezidentinin qrafiki sıx olduğuna görə RF prezidentinin yanvarda səfər etməsi mümkün deyil. Bu səfərdən əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukraynaya gedəcək. Ümid edirəm ki, Rusiya və Ukrayna tərəfi ilə danışıqlar gərginliyin azalmasına töhfə verəcək", deyə Çavuşoğlu bildirib.
Çavuşoğlu həmçinin Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına toxunub, Ankaranın Ermənistanla dialoqun tərəfdarı olduğunu bildirib. O xatırladıb ki, Ankara Ermənistan XİN başçısı Ararat Mirzoyana və Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyana Antalyada keçiriləcək Diplomatiya Forumunda iştirak üçün dəvət göndərib.
"Dünən Ermənistan baş naziri Nikol Paşinyanın Ankaraya səfər etməsi mümkünlüyü haqqında məlumat daxil olub", deyə Çavuşoğlu qeyd edib. yenisabah.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 28-01-2022 09:37
Baxış sayı: 4308Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























