Reklam

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Dalidag.az xəbər verir ki, P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla da, 31 dekabr

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun anası Şərqiyə Həmidova dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib. Bildirilib ki, dəfn mərasimi bu gün olacaq. Yas mərasimi 2026-cı il yanvarın 1-də Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində təşkil ediləcək. Allah rəhmət eləsin!

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma baş verib. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb. "Bu gün səhər tezdən Günəşin şərq kənarında əsas M5.1 məşəli qeydə alınıb. Hadisənin intensivliyi ən yüksək X bal həddinin təxminən 50%-i olub. Maksimal emissiya Bakı vaxtı ilə saat 05:50-də qeydə alınıb", - məlumatda deyilir. Mütəxəssislərin fikrincə, alışma aktivliyinin gözlənilən pik nöqtəsi

"Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. Təyyarə yerli vaxtla saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin

Bir neçə müddətdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərinin ardıcıllığı məsələsi sual altındadır. Dalidag.az xəbər verir ki, bayram günlərinin heç biri şənbə və bazara təsadüf etmədiyinə görə təqvimə heç bir dəyişiklik edilməyəcək. Belə ki, 2025 və 2026-cı il təqvimlərinə əsasən 31 dekabr və 1,2 yanvar tarixləri qeyri iş günləridir. 3 və 4 yanvar tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 5 günlük iş həftəsində

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2025-ci ilin 23 dekabr tarixinədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 247 887 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. Bu barədə ANAMA-dan bildirilib. Məlumata görə, beynəlxalq minatəmizləmə standartlarına əsasən ərazilərin minalardan təmizlənməsi prosesi 2 mərhələyə bölünür: minaların

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə

Rusiya genetikləri əvvəllər məlum olmayan DNT dəyişikliklərini aşkar edib. Bu dəyişikliklər Qafqaz, o cümlədən Azərbaycan sakinlərinə yüksək hündürlükdə, oksigen çatışmazlığı olan şəraitdə rahat yaşamağa imkan verir. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Tədqiqat zamanı hipoksiyaya uyğunlaşma və genom qorunmasından məsul olan EGLN1 və SPRTN genlərinin unikal variantları aşkar edilib. Bu cür mutasiyalara dünyanın digər dağlıq bölgələrində rast gəlinmir”, - məlumatda

Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. "İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq
Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar



























