3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Misirsoltan Eyyubov koronavirusdan vəfat edib. Həkim bir müddət öncə koronavirus infeksiyasına yoluxubmuş. Qeyd edək ki, Misirsoltan Eyyubov Şirvanda ağır övliyalardan olan Şeyx Eyyubun nəslindəndir. M.Eyyubov uzun illər ən ağır xəstələrin üz tutduğu və şəfa tapdığı ünvan olub./axar.az Dalidag.az

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının növbəti ildönümüdür. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 29 il ötür. Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da

Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev II Fəxri Xiyabanda dəfn edilmiş Milli Qəhrəman General-Mayor Polad Həşimovun, Polkovnik–Leytenant Anar Əliyevin, Polkovnik–Leytenant Rasim Abdullayevin, Polkovnik–Leytenant Zaur Cəfərovun, Leytenant Nicat Atayevin, əsgər Elnur Mustafayevin və digər şəhid məzarlarını ziyarət etdi. Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində şəhid Polkovnik–Leytenant

Avqustun 26-da Laçın rayonu sakinləri işğaldan sonra ilk dəfə Qorçu kəndinə səfər ediblər. Dalidag.az xəbər verir ki, 40-a yaxın laçınlının iştirak etdiyi səfərdə onların Qorçu kəndində həyata keçirilmiş infrastruktur layihələrlə tanışlığı nəzərdə tutulub.

Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və

“Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında bildirilir. Qeyd olunur ki, 20-25 avqust tarixlərində hava limanında radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Yuliya Vorobyova İnsan uzaq ulduzları, ucsuz-bucaqsız kainatı kəşfə çıxsa da, hələ heç özünü tanıya bilməyib. İnsan orqanizmi,xüsusən insan beyni qəribə və inanılmaz hadisələrlə öz möcüzələrini arabir nümayiş etdirir. Dalidag.az sizi qəribə bacarıqlara malik bir xanımla tanış edir:1978-ci ildə 37 yaşlı kran sürücüsü Yuliya Vorobyovanı iş başında kranının sükanı arxasında 380 volt gücündə elektrik cərəyanı vurdu. Həkimlər çatanda o artıq ölmüşdü. Mərhum xəstəxanaya aparıldı. Evdə dəfnə

Azərbaycanın sabiq prezidenti, Milli Azadlıq Hərəkatının liderlərindən biri Əbülfəz Elçibəy vəfatından 21 il ötür. Dalidag.az xəbər verir ki, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən

Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanılıb. Dalidag.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı tvitter hesabında yazıb. O qeyd edib ki, artıq bununla bağlı tədqiqatlara start verilib: “Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”. Dalidag.az
Yazı axını
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024