Bir neçə gün əvvəl Gürcüstana rəsmi səfər edən Nikol Paşinyan Batumi şəhərində də olub. Dalidag.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Qəzet Paşinyanın Batumi şəhərinə səfərinin erməni ictimaiyyəti və Rusiyanın bir neçə siyasi dairəsi tərəfindən birmənalı qəbul edilmədiyini bildirib. Məlumata görə, Paşinyan Batumidə 3-4 saatlıq yoxa çıxıb. Onun yeri haqqında nə Gürcüstan tərəfi, nə də baş nazirin protokol xidmətinin məlumatı olub./axar.az Dalidag.az

“Atamı müayinə etmək üçün gələn təcili yardım işçiləri özləri belə şokda idilər”. Dalidag.az xəbər verir ki, bunu atasının səhhətinin ağırlaşması ilə bağlı daha bir həyəcan təbili çalan məhkəməsi keçirilən sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün “Facebook” hesabında yazıb. Səbinə Hüseynova atasının ağır xəstə vəziyyətində məhkəməyə gətirilməsini ədalətsizlik adlandırıb: “Bu gün atam Eldar Həsənovun qondarma itthamlarla bağlı növbəti məhkəməsi oldu. Səhhəti o qədər ağır

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib. Dalidag.az bildirir ki, bu barədə oxu.az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan elminə ağır itki üz verib. AMEA-dan verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib. Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olubr. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu

Prokurorluq Gəncədə şəhərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Şəhər prokurorluğundan daxil olan məlumatda deyilir: "Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində

Ermənistanın Gorus şəhərində onlarla İran yük avtomobili toplanıb. Dalidag.az .xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. Məlumata görə, onlar Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edə bilmirlər. Belə ki, iranlı sürücülərin pulu olmadığı üçün onların Azərbaycan gömrüyünə ödəniş edib, yoldan istifadə edə bilmədiyi vurğulanıb. Erməni mətbuatı Qubadlı yaxınlığında dayandırılan İran yük avtomobillərindən yoldan istifadə üçün 100 dollardan 300 dollara qədər ödəniş tələb

Ötən il dünyasını dəyişən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla 2020-ci ilin avqustunda İstanbulda qətlə yetirilən "Lotu Quli" ləqəbli "Qanuni oğru" Nadir Səlifov eyni həbsxanada cəza çəkiblər. Dalidag.az xəbər verir ki, həmin müddətdə Səlifovla Həmidov arasında maraqlı dialoqlar olub. Bu barədə sabiq məhkum söhbət edərkən bildirir ki, "Lotu Quli" ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı: "Deyim ki, Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində "paqon"

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. Dalidag.az "qafqazinfo"ya istinadən xəbər verir ki, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib. İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər

Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dalidag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənovun vəkili Cəlil Mirzəyev çıxış edib. O bildirib ki, hər iclasdan sonra üç gün ərzində məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları olsa da, buna nail ola bilmirlər. Bildirib ki, həftədə iki
Yazı axını