Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək. Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin bu gündən başlayacaq

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Dalidag.az xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu, onun son 1 ildən artıq müddətdə həbsxanada keçirdiyi ikinci ad günüdür. Atamı ürəkdən təbrik edirəm, ona uzun və sağlam həyat, xoşbəxtlik və azadlıq arzulayıram. Valideyni üçün doğum günündə Azadlıq arzulayan neçə övlad var dünyada? Bir ildən artıq bir müddətdə bizim yaşadıqlarımızın və ya yaşamadıqlarımızın səbəbi nədir? Nədir çəkdiklərimiz? Atamla bağlı nə baş verir? Niyə həbsdədir və nədə ittiham olunur?

“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət uğrunda və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər. Hindistanla Pakistan hər ikisi nüvə sialına malikdir. Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında

Ukrayna parlamentinin (Ali Rada) 34 yaşlı deputatı Anton Polyakov vəfat edib. Dalidag.az xəbər verir ki, Polyakov oktyabrın 8-də gecə saatlarında Kiyevdə yol hərəkəti qaydalarını pozduğuna görə polis tərəfindən saxlanılan taksidə huşunu itirmiş vəziyyətdə tapılıb. Məlumata görə, siyasətçi avtomobildə özünü pis hiss edib, bundan sonra qıcolmalar başlayıb. Təcili yardımın olay yerinə gəlməsinə baxmayaraq, deputatın həyatını xilas etmək mümkün olmayıb. Polyakovun ölümü faktı ilə bağlı cinayət işi

Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun hündürlükdən yıxılaraq ağır xəsarət alan qardaşı Pərviz İsgəndərov vəfat edib. Bu barədə onun əmisi oğlu Vəli İsgəndərov məlumat verib. Məlumata görə, Pərviz İsgəndərov həkimlərin səyinə baxmayaraq, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov sentyabrın 25 yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılaraq xəsarət alıb. O, ağır

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 72-ci sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edib. Dövlət Komitəsindən verilən məlumata görə, sessiya iştirakçılarına Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox insan haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin

İran həm haqsızdır, həm də təcavüzkar formada davranır. Azərbaycan İrana qarşı heç bir şey etməyib. İranın nədən narahat olduğu, nəyi hesabladığı bəlli deyil, ancaq israrla Azərbaycana təzyiq göstərməyə çalışır. Dalidag.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Onun sözlərinə görə, İranın narahatçığının və atdığı aqressiv addımların bir neçə səbəbi var: “İran yəqin ki, Türkiyənin Pakistan və Azərbaycanla ittifaqı

Bu işdə ən çox əməyi olanlardan biri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektividir Qədimliyi və müasirliyi vəhdət təşkil edən, səliqə-səhmanı və yaşıllığıyla secilən Mingəçevir bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın sürətlə böyüyən və gözəlləşən şəhərlərindən biridir. Mingəçevirin müasir bir şəhər kimi formalaşmasında zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına dövlətin diqqəti böyükdür. Müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət

Ötən gün axşam saatlarında vəfat edən müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq. Dalidag.az xəbər verir ki, mərhum Füzulidə torpağa tapşırılacaq: O, vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq. Xatırladaq ki, Səyyad Əlizadə koronavirus səbəbindən vəfat edib. Bir neçə müddətdir xəstəxanada müalicə alırdı.
Yazı axını
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024