KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb. Dalidag.az xəbər verir ki, "Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib. Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin

İkinci Qarabağ müharibəsi tək məğlubedilməz erməni mifini dağıtmadı, erməni ideologiyasını, bütövlükdə cəmiyyəti xaos vəziyyətinə gətirdi, pessimizmə qapatdı. Bir ildir ki, cəmiyyət xaotik vəziyyətdən çıxa bilmir. Media və cəmiyyətdə yaranmış acınacaqlı duruma da mütəmadi yer verilir. Ermənistan və bütün erməniçiliyin böhran vəziyyətində olduğu, insanların yorulduğu, pessimizm əhval-ruhiyyəsinin pik həddə çatdığı vurğulanır. Xalq ümidlə ikinci nəfəsə ehtiyac duyur. Vəziyyətdən çıxış yolunun

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yazılıb. “Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - məlumatda

Türkiyə ilə Azərbaycan arasında “Qardaş briqada” layihəsinə start verilib. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara həftəlik mətbuat konfransında bildirib. Qeyd edilib ki, layihənin məqsədi ortaq fəaliyyət, təlim planlaşdırması və idarəetmənin uyğunlaşdırılmasıdır. Vurğulanıb ki, Türkiyə Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistanın işğalından azad olunan ərazilərdə minatəmizləmə işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri qardaş

Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur. Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir. "İçərini heç cür görmək olmur" Həsənovun əlində Yeni Zod

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb". Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır. Dalidag.az

Filologiya üzrə elmlər doktoru, professor, şair, görkəmli ziyalı və folklorşünas alim Sədnik Paşa Pirsultanlının elmi-filoloji, estetik-poetik yaradıcılığı bir həmkarı olaraq bizim marağımızı çoxdan cəlb etmişdi. Gəncədə yaşayan, ətraf rayonlar da daxil olmaqla, oraların elmi-mədəni mühitini gözəl bilən, çağdaş estetik-humanitar düşüncəmizin zənginləşməsində xüsusi qatqıları ilə seçilən bu görkəmli şəxsiyyətin zəngin yaradıcılıq yolu, məhsuldar fəaliyyəti, elmi-poetik irsi hər zaman geniş

Ağır yaralanan daha 3 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. Dalidag.az bildirir ki, fonddan milli.az-a verilən məlumata görə, Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu, Səlimzadə Tural Vasif oğlu Türkiyədə müalicə olunacaqlar. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. "YAŞAT" Fondu qazilərimizin

Birinci Qarabağ müharibəsi qazisi Rövşən Məmmədov intihar edib. D alidag.az bildirir ki, bu barədə lent.az-a Qarabağ qazisi Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, R.Məmmədovun maddi durumu aşağı olub: “Rövşənin “Azərsığorta”da 25 ildir ala bilmədiyi 6600 manat pulu olub. O, İllərdir sığortada yığılıb qalan pulunu almaq istəyirdi. Pulu ala bilmədiyi üçün əsəbləşərək intihar edib”.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol
Yazı axını
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024