Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi anti-terror əməliyyatının nətcisəni dəyərləndirib. Dalidag.az xəbər verir ki, ekspert "Facebook" hesabında etdiyi paylaşımda bildirib: "Ordumuzun "Qisas" əməliyyatı zamanı əldə etdiyi yeni mövqelər faktiki olaraq Laçın dəhlizinin, rayon mərkəzinin və 6 kəndin erməni silahlılarından təmizlənməsinə, həmçinin Xankəndinin 3 tərəfdən mühasirəyə alınmasına imkan yaradır. "Qisas" əməliyyatından sonra Qarabağ ərazisində

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Dalidag.az

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. Dalidag.az-ın oxu.az-a istinadən məlumatına görə, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə,

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi

44 günlük müharibədən sonra erməni xalqına elə gəlirdi ki, rus sülhməramlılar Qarabağda Ermənistanın maraqlarını qorumaqdan ötrü yerləşdirilib. Lakin hadisələrin gedişatı bunun belə olmadığını göstərir. Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bildirib. “Artıq aydındır ki, Qarabağdan erməni silahlıların çıxarılması prossesini elə rus sülhməramlılar aparacaq. Xüsusi əməliyyat olacaq və ruslar Qarabağı erməni silahlılardan tam azad edəcək. Çünki artıq

Füzulidə 3 nəfər minaya düşüb. Dalidag.az bildirir ki, Füzuli rayon prokurorluğundan verilən məlumata görə, avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalara müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi imzalamaq istisna deyil” bəyanatı Xankəndidə qalan separatçı-terrorçuların qalıqlarını qorxuya salıb. Onlar hesab edirlər ki, İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlaşır. Dalidag.az xəbər verir ki, separatçıların qondarma “parlamentinin” “deputatı” Matexe Akopyan Ermənistan hakimiyyətinin əsl məsələni gizlətdiyini deyib. Onun sözlərinə görə, Qarabağa

“Populistcəsinə deyirlər ki, Xankəndi niyə bizdə deyil? Sən hakimiyyətdə olsan bu şərtlər daxilində Xankəndini ala bilərdin?!”. Dalidag.az xəbər verir ki, bu sözləri Qarabağ ətrafında baş verən gərginliyi şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib. Elşad Musayev bildirib ki, erməni və Rusiya tərəfi öhdəlikləri yerinə yetirmədiyi üçün gərginliyin olması təbiidir: “Reallıq ondan ibarətdir ki, 44 günlük müharibənin sonunda bəyanat imzalandı,

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024