Reklam
Nikol növbəti müharibəyə çalışır - Tevanyan
17-03-2023 11:29

Paşinyanın bəyanatları belə səslənir: camaat, mən Qarabağ məsələsini həll edə bilmirəm, Ermənistanın təhlükəsizliyi məsələsi isə sual altındadır, nə edə bilərəm?
Dalidag.az xəbər verir ki, bunu erməni deputat Andranik Tevanyan deyib.
“Müharibəyə səbəb də məhz onun siyasəti idi, Laçın yolunun “blokada”da saxlanılması da. Praqada Paşinyan etiraf etdi ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır. Elə ordaca Laçın yolunun statusunun olduğu Üçtərəfli Bəyanatı redaktə etdilər. Bu status silindi”, - o bildirib.
Paşinyanın eskalasiya riskinin çox yüksək olduğu barədə bəyanatına toxunan Tevanyan qeyd edib ki, Nikol hakimiyyətdə olduğu müddətdə bu təhlükə qalacaq:
“İstər sülhməramlılar, istərsə də AB müşahidəçilərinin olub-olmamasından asılı olmayaraq, Ermənistanda hər gün eskalasiya təhlükəsi var. Nikolun siyasəti müharibə gətirən diplomatiyadır. Onlar müharibə və məğlubiyyət partiyasıdır.
Ən böyük təhlükə isə Ermənistanın geosiyasi nifaq almasına çevrilməsi və toqquşmaların mərkəzində olmasıdır. Hazırda iki rəqib platforma var, Vaşinqton platformasının məntiqi budur ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, Moskva platformasının məntiqi bu məsələni gələcəyə buraxmaqdır. Bizə Moskva platforması faydalıdır, lakin Paşinyan bu platformanı məhv etdi.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 17-03-2023 11:29
Baxış sayı: 3250Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























