Reklam
Araikin yerinə kim gələcək? – Bakı Xankəndini belə idarə edir
14-03-2023 12:40

Qarabağdakı separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan gələn həftə istefa verə bilər.
Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.Nəşr qeyd edir ki, Bakının reinteqrasiya tələbindən sonra Xankəndidəki separatçılar çətin vəziyyətə düşüb: “Araik bildirdi ki, Bakı öz kanalları vasitəsilə “ya inteqrasiya, ya da daha çətin vəziyyət” mesajını ona çatdırıb. Məlumatlara görə, Araikin dediyi kanallar Ermənistan hakimiyyətidir. Arutyunyan məhz Paşinyanla görüşdən sonra bu açıqlamanı verdi. Nikol da Bakının tələbinin dəyişməyəcəyini, reinteqrasiyanın alternativinin olmadığını ona izah edib. Bundan sonra Arutyunyan istefa vermək qərarına gəlib. Qarabağdakı mənbələrimizdən öyrəndik ki, gələn həftə “konstitusiya” dəyişikliyi layihəsi müzakirə olunacaq və “düzəlişlər” qısa müddətdə həyata keçiriləcək. Əgər Bakı reinteqraiya tələbində israr edərsə və İrəvan bu məsələdə heç nə etməsə, Araik istefa verəcək. “Düzəliş” də istefanı əsaslandırmaq üçündür”.
Nəşr yazır ki, artıq Araikin yerinə gələcək şəxslərin də adı tirajlanır.
“Mənbələrimiz Samvel Babayanın namizədliyinin gündəmdə olduğunu deyir, lakin onuna bağlı ümumi razılaşma yoxdur. Babayanla yanaşı, “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Araik Arutyunyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanın da adı çəkilir”, - “Hraparak” yazır.
Nəşr onu da yazır ki, son proseslər Bakının Xankəndidəki prosesləri siyasi təzyiqlə idarə etdiyini göstərir.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-03-2023 12:40
Baxış sayı: 3315Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























