Xankəndidə proses başladı: Araik Arutyunyan “istefaya” gedir – “Yerinə” isə…
12-03-2023 13:54

Xankəndidəki qondarma rejimin lideri Araik Arutyunyan istefaya gedəcək.
Dalidag.az xəbər verir ki, bu məlumat Arutyunyanın mətbuat katibi Lusine Avanesyanın bəyanatında yer alıb.
Bununla belə, o, Arutyunyanın istefası üçün əsas şərtin “hakimiyyətin” etibarlı ötürülməsini təmin etmək və təhlükəli silkələnmələrdən qaçmaq olduğunu bildirib.
Avanesyan yalnız bundan sonra Arutyunyanın istefaya gedəcəyini bildirib:
“Arutyunyan belə çətin şəraitdə üzərinə götürdüyü məsuliyyətdən yayınmaq niyyətində deyil”.
Maraqlı məqam Avanesyanın açıqlamasının sosial şəbəkələrdə Arutyunyanın istefaya gedəcəyi ilə bağlı iddiaların ortaya çıxmasından sonra yayılması olub. Məhz bu məqam Xankəndidəki separatçı elita daxilində parçalanmanın gücləndiyini iddia etməyə imkan verir.
Önəmli məsələ isə Arutyunyana qarşı bu tələbin Vardanyana yaxın qruplar tərəfindən gələcəyi ehtimalıdır. Onsuz da bu qruplar Xocalıda Bakı ilə separatçılar arasında keçirilən görüşdən sonra “parlament”in “iclasını” boykot ediblər. Üstəlik, görüşdən az sonra qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanın “İrəvanla Xankəndi arasında Qarabağla bağlı fikir ayrılığı yoxdur” deməsi də bu qrupun Arutyunyana təzyiqlərini artırıb. Bu prosesin arxasında isə Ruben Vardanyanın dayanması ehtimalı böyükdür.
Bununla belə, Avanesyan Paşinyanın Arutyunyandan Bakı ilə inteqrasiyanı başlatması tələblərinə də aydınlıq gətirib. O açıqlamasında dolayı yolla Paşinyanın Qarabağdakı qondarma liderə bu tələbi irəli sürdüyünü təsdiqləyib:
“Hansı fikir ayrılıqları və proseslərin olmasına baxmayaraq, Arutyunyan əmindir ki, erməniliyin fərqli hissələri arasında parçalanma və gərginliyin artması yolverilməz və təhlükəlidir.globalinfo.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 12-03-2023 13:54
Baxış sayı: 4383Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















