Reklam

Döyüşlər Qarabağda olacaq: Vaxt onların qərarından asılıdır – Polkovnik detallı danışdı
15-03-2023 14:47

Hər ötən gün Ermənistan və Qarabağda hələ də qalmaqda olan separatçılar daha da “cəsarətlənirlər”. Bu da sözsüz ki, narahatlıq yaradan bir haldır. Ona görə ki, prosesin üzərindən, yəni II Qarabağ müharibəsinin başa çatmasından üç ilə yaxın vaxt keçib. Bu müddət ərzində isə bir dəfə səsləri çıxmayan ermənilər və separatçıların ritorikasında dəyişiklik hiss olunur.
Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə, bu cür hallar yolverilməzdir: “Bunu onlara tanıyan qüvvələr var. Nikol Paşinyanla Vladimir Putin arasında son telefon danışığından sonra dövriyyəyə rusiyalı bir ekspert buraxdılar. Onun çatdırmaq fikirlər o idi ki, Putin guya Paşinyanı hədələyib və ona sülh müqaviləsini imzalamaqla bağlı təzyqilər göstərib.
Əslində isə bütün bunlar hiyləgərliyinin nümünəsi idi. Çünki sülh müqaviləsinin imzalanmasına əsas maneə məhz Rusiyanın tutduğu mövqedir. Əgər Rusiya üzərinə götürdüyü öhdəliyi icra etmirsə, bu o deməkdir ki, özünün və Ermənistanın maraqlarına qulluq edir”.

Üzeyir Cəfərova görə, indiki məqamda Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədində döyüş əməliyyatlarının olması mümkün deyil: “Amma antiterror əməliyyatlarının Qarabağda olması qaçılmazdır. Bunun da nə vaxt olacağını Azərbaycan rəhbərliyi həll edəcək. Eyni zamanda proseslərin gedişi onu göstərir ki, Azərbaycan tərəfi bundan sonra ancaq hərbi güc hesabına yerdə qalan məsələləri həll edəcək”
Dalidag.az



Yazı axını
27 / 03 / 2023
27 / 03 / 2023
27 / 03 / 2023
26 / 03 / 2023
25 / 03 / 2023
25 / 03 / 2023
24 / 03 / 2023
24 / 03 / 2023
23 / 03 / 2023
22 / 03 / 2023
22 / 03 / 2023
21 / 03 / 2023
21 / 03 / 2023
19 / 03 / 2023
18 / 03 / 2023
17 / 03 / 2023
17 / 03 / 2023
17 / 03 / 2023
17 / 03 / 2023
16 / 03 / 2023
16 / 03 / 2023
16 / 03 / 2023
16 / 03 / 2023
15 / 03 / 2023
Ən çox oxunanlar