Reklam

"Atalı duyurdum özümü, ata, hər çevrilib baş daşına baxanda..."- Namiq Dəlidağlının ata həsrəti
(25-12-2020, 19:20)
(25-12-2020, 19:20)

Namiq Dəlidağlı Bu gün atamın bu gidi dünyaya "əlvida" dediyi gündü. Atasızlığın ağrısını 11 yaşımda daddım. Soyuq dekabr günü. O vaxtdan ürəyim elə üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı-ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm...Bunu çəkənlər bilir, heç kimə diləmirəm...o gündən ürəyim qorxdu, çöldə-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi

SÖZ dünyasında əlçatmazlıq zirvəsini fəth etmiş, Türk dünyasının böyük şairi, təpədən dırnağa SÖZ ADAM Məmməd Aslan günüdür bu gün. Bu gün sözüylə əbədi yaşar Məmməd Aslanın doğum günüdür. Özü söz, sözü söz, ruhu söz adamın. Şair adamın, şeir adamın... Əslində şair sözü ilə doğulur, sözü ilə yaşayır. Və o doğuluşun bəlli bir tarixi olmaz...Bəzən ölüm elə adamları ağuşuna alır ki, tək bir insanın, bir ailənin deyil, bütöv bir məmləkətin, dünyanın içinə boşluq düşür. Eynən onun yoxluğu kimi...

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Vətən Müharibəsinin iştirakçısı, xoş təbəssümü və məşhur "Vətən yaxşıdır" mahnısı ilə yaddaşlarda qalan qəhrəman şəhid Xudayar Yusifzadəyə şeir həsr edib. Dalidag.az bildirir ki, şücaətli gizir ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. C.Qurbanovun şəhidimizə həsr etdiyi sözügedən şeiri təqdim edirik:

Dalidag.az Mürvət Qədimoğlu Həkərinin Vətən müharibəsində qazandığımız Böyük Qələbə sevincini əks etdirən şeirini təqdim edir: MƏNİM ZƏFƏR BAYRAMIM Bu dünya görməmişdi hələ belə toy-düyün, Sevincinə çevrildi bu sevinc yerin, göyün. Bu şanlı qələbənlə öyün Türk oğlu, öyün, Səs saldı bu dünyaya mənim hünər bayramım, Mənim zəfər bayramım! Şən günümdə yetişdi ər oğlu Ərdoğanım, Dar günümdə başlara dolu kimi yağanım. İlhamımın köksünə qardaş kimi sığanım, Tarixdə tarix yazdı bax, bu səhər bayramım,

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar. Fərman və bacı-qardaşları yarımçıq qalmış orta təhsili Beyləqan rayonunun Şahsevən kəndində başa vurublar. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin

Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən sonuncu hissəni təqdim edir: Cəhənnəmdən qaçış (novella - III hissə) O nlar bilmədən azıb düşmənin nəzarət etdiyi bölgəyə keçən 3 əsgər və bir gizirin nəşini döyüş meydanından götürməyə belə razılaşmadılar. Yenə gözü Qrad çalalarına sataşdı. Demək bu təbii qəbirlər irəlidə öldürülən o 4 nəfərə qismət deyilmiş. Yaşlılar deyirdilər ki, kiminə heç məzar da qismət olmur. O bədbəxtlərə də məzar

İbrahim Səfərlərin ömürnaməsindən və sinə dəftərindən bəzi səhifələr... Doğru deyiblər ki, doğmaların doğması qardaş-bacıdırsa, onlarla dostluq etməlisən ki, bir az da yaxından tanıyasan. Dostlarımın arasında doğmalaşanları az deyil. Vallah bilmirdim ki, doğmalarımın arasında dost seçməli olsam, kimin üzərində dayanaram. Bu gün isə deyirəm: Səni, əziz qardaşım – İbrahim! Uşaq vaxtlarımdan bu dilemma qarşısında qalmışdım. Lakin Kəlbəcərin işğalından sonra bu sualın

Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən ikinci hissəni təqdim edir: CƏHƏNNƏMDƏN QAÇIŞ (novella - II hissə) A lov püskürən əjdaha kimi gecənin qaranlığını yara-yara səmada sayrışan qrad və top mərmiləri kəndi cəhənnəm atəşinə bürümüşdü. Azğınlaşmış düşmən döyüş mövqelərindən daha çox dinc əhalini hədəfə almışdı. Əslində ermənilər bu ərazilərə, xüsusən də sərhəddə olan hər iki Azərbaycan kəndinə orada məskunlaşmış yerli sakinlərdən

Dalidag.az istedadlı yazar Fərid Muradzadənin real həyat hadisələri əsasında qələmə aldığı bədii əsərdən bir hissəni təqdim edir: CƏHƏNNƏMDƏN QAÇIŞ (novella) A ğrı-acısı çox idi. Bütün əzaları ağrıyırdı. Ələlxüsus uzun qış gecələri onun üçün olduqca məşəqqətli keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri içəridə şişir, qayğısız uşaqlıq illərində kinoteatrlardakı film göstərilən böyük parçaya dönürdü. Gördüklərinin təsirindən qan-tərə bataraq çabalaya-çabalaya qalırdı. Gecələri

Dalidag.az Kəlbəcərli şair Vaqif Hüseyinoğlunun Qələbə sevincini ifadə edən fikirlərini və şeirini təqdim edir: Gözünüz aydın olsun, əziz xalqım və bütün azərbaycanlı xalqlarımız, hər an bizə mənəvi dayaq olan QARDAŞLARIMIZ !.. Gözünüz aydın olsun, iki böyük döyüş cəbhəsinin birində təkbaşına, rəşadətlə döyüşən ölkə rəhbərimiz, digərində isə sıravi əsgər, zabit və genrallarımız və bütün döyüş iştirakçılarımız!.. Gözünüz aydın olsun, xalqıma minlərlə şir ürəkli övladlar bəxş edən ANAlar, onları
Yazı axını
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
Ən çox oxunanlar