“Azərbaycanın ikinci Qobustanı” -Kəlbəcər

24-10-2019 14:18

Abidələr, Qalalar; Qaya təsvirləri

Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri” ən çox “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə idi.

Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox “Qayaüstü təvirlərini” qeydə almış və onlardan bir çoxlarının fotf-şəkillərini çəkmişdir.
“Qayaüstü təsvirlər” ən çox kustar şəkildə bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət idi. 
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfinə ayaq bassan, orada qədim insan məskənləri olan mağaralar, qalalar, abidələr görərsən. Tarixin sərt sınaq və imtahanına mə`ruz qalmış bu yadigarlar insan əli ilə yapıldığı kimi, insan əli ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bə`ziləri yerlə-yeksan olunmuşdur. Amma bu da mö`cüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bə`zən özü-özünü hifz etmiş və bizim əsrimizə qədər bir neçə min illik ömür yaşamışdır.
Qaya və daşların üzərindəki alban yazılarını məhv edən erməni qonşularımıza qoşulanda bilmirdik ki, bu hərəkətlərimizlə onlara kömək edir və tariximizi silirik. Çünki gözlərimiz qarşısında ermənilər də o yazıları pozur və erməniləşdirirdi.
Bir az öncəyə gedib qeyd edək ki, Kəlbəcəri “Azərbaycanın ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər ziyalı-alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər xain qonşular tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.
Tarix elmləri doktoru Qüdrət İsmayilovun və onun dissertantı Niyazi İbrahimovun apardıqları tədqiqit işlərinin nəticəsinə görə,bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri də Kəlbəcərdə az deyildi. “Qobustanın qardaşları” kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı. “Soltan Heydər”, Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar” tamailə bir-birinin oxşarı və ya “əkiz”lərdir. Tarixçi alim Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının fikrincə,bu daşların üzərindəki şəkillərin yaşı az qala bu daşların öz yaşı qədərdir.Maraqlı budur ki, bu təsvirlər bazalt kimi sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər tarix-dünyaşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil,bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlil idi. Həmin təsvirlərdən biri belə idi: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır.Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer,o biri isə Ay güman olunur. Demək, insan Yerdən Aya, oradan isə başqa bir planetə uşmaq istəyində hələ o zamanlardan bulunub
.

Qalalar

“Löh” qalası: Adı qalanın formasını tamamlayırdı. Qalanın beli dəvə boynuna oxşayır. Qalaları tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş ki, bununla da həmin yollara nəzarət olunurmuş. “Löh” qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var ki, burada ya ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisindən nəhənk palıd ağacları bitib qalxmışdır ki, hər birinin diametri 30-40 sm. olardı. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki,bura ən qədim insan məsgənləri hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu, keyfiyyəti itmirdi. “Xos meşəsi” adlanan yerdəki abifənin və buradakı məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı, “Löh” qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuş insan məskənlərindən biridir.

Kəlbəcər qalalarının icərisində ən yüksəklikdə yerləşəni “Comərd” qalasıdır. Kəlbəcərin ərazi e”tibarı ilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq başında tikildiyi üçün “Comərd” qalası kimi tanınmışdır.

“Qaraçanlı və ya Ulu xan ” qalası Kəlbəçərdən yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəçərdən İstisuya gedən gedən yolun solunda Tərtərin sol sahilindədir. “Qalaça” adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli su yolu da var idi. Qalanın sağ yanında Qaraçanlı çayına kimi böyük bir çınqıllıq var. Həmin çınqıllığın altı ilə qalaya bir yol çəkilib. Bu gizli yol çayın göllənən yerinə kimi enirdi.
Burada başqa bir möcüzə də diqqəti çəkirdi: bir bulaqdan 5-6 dəqiqədən bir kah xalis mineral, kah da dişgöynədən təmiz su çıxırdı. Sonralar burada istisu axtaranlar buruq vuraraq həmin narzanı itirdilər.

Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də “Qalaboynu” qalası idi.Qalanın içərisində 200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı su xətti çəkilibmiş.

Kəlbəcər ərazisindəki qala və abidələr sırasına daxil olanlardan biri də “Laçınqaya” qalasıdır. Qala 120-cı ildə monqollar tərəfindən dağıdılmış, əhali qılınçdan keçirilmiş, tarixçi gənçəli Kirakosun mə”lumatına görə, insan qanı qayalar arasından sel kimi axıb Tər-tər çayını qırmızıya boyamışdı.
Bu qalanın sağ sahilindəki çınqıllıqdan çaya bir yeraltı gizli yol salınmışdır. Bunlardan başqa İsti-su kurortundan yuxarıda Kəlbəcər şəhərinin alt hissəsində, Çəpli kəndinin ərazisində, Zar və Mollabayramlı kəndlərinin səmtində və başqa yerlərdə də qədim qalaların qalıqları mövcud idi.
Kəlbəcərdəki qalalar əsasən karvan yollarını qorumaq üçün inşa edilmişdir.
İsti-sudan yuxarıdakı dağa Soltan Heydər dağı deyirdilər. Belə rəvayət edirdilər ki, Şah İsmayılın atası Soltan Heydər hər yayı bu dağda keçirirmiş və dağın adı onun adı ilə bağlıdır.
“Ərizə” qalasında Qaçaq Nəbi kənd camaatının ərizəsinə bu qalada baxdığı üçün qalanın adı “Ərizə” qalası kimi yayılmışdır.

Qədim Alban abidələri

Kəlbəcər ərazisindəki qədim Alban abidələri bunlardır:
Tər-tər, Tutquçay, Seyidlər dərələri boyuça yerləçən “Xudadəng”, “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Bu abidələrin içərisində nisbətən salamat qalanı “Xudadəng” məbədidir.
“Xudadəng” abidə kompleksi. Bu abidə kompleksi Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistiral yolunun sahilindəki Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərəyə tərəfdə, Kəlbəcər rayonunun 29 kmilometrliyindədir. İndiki “Xudadəng” abidə kompleksi VI-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib XV əsrlərdə bu abidə Alban kinyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət Alban hökmüdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Məlumatlar göstərir ki, onun arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatın və dövrün görkəmli ziyalısı Muxtar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü kümbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Baserkeçərdən gələn ermənilər həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixdən izini silməyə çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq suxurlaşmış və və kiristallaşmış gildən əmələ gəlmişdir. 
Həmin abidənin son illər ermənilər tərəfindən “qorunması” göz qabağında idi. Ağdərə RPK katibinin göstərişi ilə abidə-komplerks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar. Ammma ermənilər yenə də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri kino-filimlərdə çox ustalıqla alban abidəsini erməni kilisəsi kimi təqdim edir və ulu Arsaxın madi-mədəniyyət abidəsinin türklər tərəfindən dağılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar çatdırırlar. Nisbətən salamat qalmış məbəddə heç bir xiristianlıq nişanəsi yoxdur.

Kəlbəcərin ərazisində belə mə”bədlərlə yanaşı yaşı 7-8 min illiyə gedib çıxan qəbrsitanlıqlar da az deyildi.

Daş körpü abidələri

Kəlbəcər ərazisində çayların üzərində çoxlu tağbənd Daş körpülər olmuşdur. Bunlardan çoxu məhv olmuş, bəzilərinin qalıqları,bir neeçəsi isə salamat qalmışdır. Məsələn: Bağlıpəyəyə 3 km qalmış Tər-tər çayının üzərində salınmış qədim körpünün bir tərəfinin divarı qalmışdır.
Qamışlı kəndindən yuxarı çayın üzərində qurulmuş iki körpünün divarları yerində dururdu.
Tər-tər çayının üzərində salınmış tağbənd Daş körpü salamat qalırdı və ondan istifadə edilirdi. Bu körpü Şurtan kəndindən aşağı, Soyuqbulaq kəndinə gedən yolun səmtində idi.
Zəylik kəndi çayında da Daş körpüdən istifadə edilirdi.

Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi

İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi abidəsi 1980-cı illərin əvvəllərində yaradılmışdır. Müzeyin həyəti 900 m2 artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən Çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılmışdır.Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 bqəbirüstü At və Qoç heykəlləri nümayiş edilirdi. Burada “Bəzir daşı” deyilən iki qədim abidə nəzərə çarpırdı.Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. 
Mütəxəssislər və tamaşaçılar haqlı olaraq bu müzeyi həm də geologiya, arxelogiya, incəsənət və səs müzeyi adlandırırdılar. 
Bolqarıstan, Hindistan, Cin Xalq Respublikası, ABŞ, Almaniya, İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox başqa ölkələrin 150-dən cox alimi Kəlbəcər müzeyinə maraqla baxmış, qiymətli rəylər yazmış və bu müzeyin zənginliyinə ürəkdən məftun olduqlarını bildirmişdilər.

Kəlbəcər rayonunda yetişən bitkilər-Dərman bitkiləri

Kəlbəcər rayonunun ərazisində 4 mindən artıq bitki boy atır. Bunlardan 200-ə qədəri dərman bitkiləridir.

Ayıdöşəyi, albalı, alma, andız, ardıç, armud, acı əvəlik, acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq, bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyertkən,bulaqotu, qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu, qızılgül, qırxbuğum, qovaq, qoz, quşəppəyi, dağ yoncası, dağ laləsi, dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik, əzgil, əməkömənçi, ərik, əsmə, zəyərik, zirə, zirinç, zoğal, inciçiçəyi, itburnu,yarpız,yasəmən, yerkökü, yovşan, kartof, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək, kərəvüz, kəçəvər, kavalı, gərməşov, gilas, gilənar, kicitkən, göyəm, güldəfnə, güləvər, güləbətin, gülünbahar, gülxətim, lərkə, ləçəkotu, lobya, meşə gilası, moruq, murdarça, naz, nanə, nərgiz, novruzgülü, öküzboğan, öldürkən, öskəotu, palıd, pərpərən, titraqotu, pişikotu, pomidor, rasyana, reyhan, sarımsaq, soğan, solmazçiçək, söyüd, tərxun, tozağacı, turp, tut, findıq, fıstıq, xanımotu, xaş-xaş, xədicəgülü, xəndəkotu, xəşənbül, xiyar, xımı, üskükotu, çaytikanı, çiyələk, çobanyastığı, cökə. çuğundur, cəfəri, çil, çinçilim, şalğamturpu, şam, şaftalı, şahtərə, şirpəncəsi, şomu, şüyüd və.s. bitkilər bitirdi.

Meşə ağacları

Ağaclar - Palıd, Vələs, Ulas, Vən, Göyrüş, Toz, Qovaq, Qaraağac, Söyüd, Çinar, Dağdağan, Ayıgilası, Şam, Ardıc. 
Meyvə ağacları - Alma, Armud, Qoz, Tut, Fıstıq, İtburnu, Yemişan, Qarağat, Moruq, Gilas, Gilənar.

Minerallar

A. Aqvit, Aqat, Azurit, Aktionolit, Ametist, Anqidrit, Antimonit, Araqonit, Arsenopit, Azbest.
B. Barit, Biotit, Bronit, Bronzit. 
V. Vezivuan, Vismotit.
D. Diallaq, Diopist,Dolomit. 
Q. Qalent, Qarnierit, Qematit, Qızıl, Qranat.
İ. İlemenit.
K. Kaleit, Kvarts, Kinovar, Kobaltik, Kovellin, Kremen, Krokoit, Kuprit.
G. Gümüş, Gibs.
L. Labrador, Lazurit, Leytsit, Limonit.
M. Maqnezit, Maqnetit, Malaxit, Markazit, Mis, Molibdent, Muskovit.
N. Nikelin.
O. Obsidian, Olivit, Oniks, Opal, Ortoklas. 
P. Pentlandit, Pirit, Pirrotin, Platina, Prenit.
R. Rodnit.
S. Siderit, Spessart, Sfalerin, Sfen.
T. Talk, Topaz, Tserussit, Tsirkon, Tsozit, Turmalit.
F. Fluyorit, Fuksit.
X. Xalkozin, Xalkoprit, Xaltsedon, Xlorit, Xromit.
Ş. Şinipel, Şirgözü.

Süxurlar

A. Amfibiolit, Andezit, Aplit.
B. Bazalt, Bismut, Brekçiya, Burnonit.
V. Vulkan bombası.
Q. Qarbo, Qranit, Qranediorit. 
D. Dağ bülluru, Daş kömer,Dendrit,Diorit.
Ə. Əhəngdaşı.
J. Jadenit.
Z. Zimevit.
Y. Yaşma.
K. Kvasit,Konqlomerat,Korall.
L. Lapilli, Listevenit.
M. Mərmər, Miqmatit, Mikroklin.
P. Pemza, Peridotit, Pesannik, Portft.
R. Riloit.
S. Serpentitit,Sienit, Slanets, Suçlinok.
T. Traverit, Traktolit, Traxit, Tu
f.

Dalidag.az


Kateqoriya: Manşet / Karusel / Kəlbəcər
Tarix: 24-10-2019 14:18
Baxış sayı: 31 587
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını