Reklam
"Bu ömür deyilənin üzə çıxır astarı..." - Osman Fərmanoğlu
19-07-2025 14:05
Osman FərmanoğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Osman Fərmanoğlu yaradıcılığlndan:
YADDAŞIN VƏRƏQLƏR
Bütün unutduqlarım birdən düşür yadıma,
İlişib qalıbmışlar yaddaşın yamacında.
Huş bir az kövrəkləşib hərdən çatmır dadıma,
Torpağı quzulayır yaddaşın, yamacın da.
Çıxmağa yolu yoxdur azıb qalan kəslərin,
Yaddaşın hər tərəfi dumandır, çən--çisəkdir.
"İsaq, Musaq quşların" uzaqlaşır səsləri,
Qərib səslər içində həyat da yeknəsəkdir.
Ağac yarpağı kimi düşür bir-- bir dostlarım,
Ağrıları çiynimdən sinəmə pərçimlənir.
Bu ömür deyilənin üzə çıxır astarı,
İtkilər yaddaş payı, didilir, əlçimlənir.
Kiməsə açılanlar kiməsə bağlı qalır,
Hamıya görünmür ki, quyunun çöl divarı.
İçəridən boylanır ömrün-- günün sualı,
Yolları yorğun salır atı ölən süvari.
Yenidən bağlanmada yaddaşın vərəqləri,
Səhərə sağ çıxmayan, yaddan çıxan yuxutək.
Omür yazılı dəftər, küləklər vərəqləyir,
Unudulan adamlar ovulmada yuxatək.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-07-2025 14:05
Baxış sayı: 3269Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























