Reklam
Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
19-07-2025 19:15
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.Səfər çərçivəsində nazir Məcnun Məmmədov əvvəlcə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə verilmiş arıçılıq məhsullarının satış mağazası və baytarlıq aptekinin fəaliyyəti ilə tanış olublar.
Daha sonra nümayəndə heyəti Kəlbəcərdə yaylaqlara köç etmiş heyvandarlıq və arıçılıq təsərrüfatlarına baş çəkib, yaylaqların ümumi vəziyyəti, heyvanların saxlanma şəraiti, məhsuldarlıq göstəriciləri və baytarlıq tədbirləri ilə maraqlanıblar.
Görüşdə iştirak edən fermerlərlə aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Dalidag.az













Kateqoriya: Kəlbəcər
Tarix: 19-07-2025 19:15
Baxış sayı: 3117Yazı axını
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
Ən çox oxunanlar





























