Reklam

Bu gün həmyerlimiz, tanınmış ziyalı, Kəlbəcərdə və Bakıda müxtəlif məsul vəzifələrdə çalışmış Əli Kazımovun həyat yoldaşı Həqiqət Qaçay qızı vəfat edib. Qeyd edək ki, Həqiqət müəllim professor, ictimai xadim Şahlar Əsgərovun bacısıdır. Dalidag.az ailəsi olaraq dəyərli Şahlar müəllimə, Sübhi Kazımova və mərhumun digər doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Mərhumun "3" və "7" mərasimi sentyabrın 14-də Bakıda İmam Əli (ə) məscidində keçiriləcək. Dalidag.az
Azər Qocayev ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş məzunlarla görüşüb - Fotolar
(10-09-2026, 12:22)
(10-09-2026, 12:22)

Sentyabrın 10-da Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayon üzrə qəbul imtahanlarında 600 -dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb. Dalidag.az xəbər verir ki, görüş zamanı 2025–2026-cı tədris ili üzrə Kəlbəcər təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
(8-09-2026, 16:53)
(8-09-2026, 16:53)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib. Dalidag.az xəbər verir ki, aktiv məşğulluq tədbirində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov da iştirak ediblər. Yarmarkada işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük

Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Rayonun əsl dirçəlişi insanların burada yaşaması, işləməsi və gələcəyini doğma torpaqlarında qurması ilə tamamlanır. Dalidag.az xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda keçirilən əmək yarmarkasında çıxışı zamanı bildirib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ölkə ərazisində 21 avqust – 21 sentyabr tarixlərində elan olunmuş “Sülh aylığı” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh naminə birlik və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının

Kəlbəcərin turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Dalidag.az xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503

Prezident tərifləyəndən sonra “İstisu” zavodunun yanındakı bulağın suyunu kəsiblər. Dalidag.az xəbər verirki, bu barədə məlumat Kəlbəcərdə çəkilən və sosial şəbəkələrdə yayılan videoda öz əksini tapıb. Görüntüdə sakin “İstisu” zavodunun yaxınlığında insanların əvvəllər sərbəst istifadə etdiyi mineral su çıxışının yığışdırıldığını bildirib. Bundan bir neçə gün əvvəl - avqustun 31-də Bişkekdə Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyana Kəlbəcərdə istehsal olunan “İstisu”nu təqdim

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində İlqar Orduxanlının "Parçalanmış talelər" kitabının təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYB Mingəçevir Bölməsinin sədri şair Elşən Əzim kitabın bədii məziyyətindən söz açıb, İlqar Orduxanlının öz nəsil şəcərəsi haqqında yazdığı araşdırmaların bədii nəsr üslubu ilə yazılmasını yüksək qiymətləndirib. Kitabda müəllifin babası olan nakam taleli tanınmış el

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. Dalidag.az xəbər verir ki, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında təşkil olunacaq. Tədbirdə işaxtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü,

Kəlbəcərdə yaşayan sakinlərin, xüsusilə uşaqların sağlamlığının qorunması və zəruri müayinələrə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub. Dalidag.az -ın məlumatına görə, Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində ixtisaslı həkimlər 29 uşağı müayinə edib, onların peyvəndlənmə vəziyyətini qiymətləndiriblər. Müayinələrin nəticələrinə əsasən, uşaqlara yaşlarına uyğun zəruri peyvəndlər vurulub. Səyyar xidmət zamanı valideynlərin müraciətləri dinlənilib, uşaqlar
Yazı axını
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
20 / 10 / 2026
19 / 10 / 2026
18 / 10 / 2026
18 / 10 / 2026
17 / 10 / 2026
17 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
16 / 10 / 2026
15 / 10 / 2026
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
Ən çox oxunanlar
19-10-2026 14:04




























