Reklam
Azər Qocayev İctimai Şuranın yeni seçilmiş heyəti ilə görüş keçirib - Foto
23-09-2026 13:40
Dalidag.az-ın xəbərinə görə, görüşdə Rayon İcra Hakimiyyəti ilə İctimai Şura arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaşların müraciət və təkliflərinin öyrənilməsi, eləcə də rayonun ictimai həyatında ictimaiyyət nümayəndələrinin fəal iştirakının təmin olunması məsələləri müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev İctimai Şuranın fəaliyyətinin dövlət orqanları ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb və yeni heyətə fəaliyyətində uğurlar arzulayıb.
Görüş çərçivəsində İctimai Şuranın yeni seçilmiş üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra İctimai Şuranın üzvləri ilə xatirə şəkli çəkdirilib.
Görüş zamanı İctimai Şuranın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Dalidag.az


















Kateqoriya: Kəlbəcər
Tarix: 23-09-2026 13:40
Baxış sayı: 3201Yazı axını
14 / 10 / 2026
14 / 10 / 2026
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
Ən çox oxunanlar





























