Milli Qəhraman Sərdar Səfərovun anım günüdür

25-09-2026 13:30


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Sərdar Mədət oğlu Səfərovun anım günüdür.
Dalidag.az-ın xəbərinə görə, anım günündə Kəlbəcər rayon İcra Hakimiyyəti  başçısının müavini Fərqanə Əhmədova, Kəlbəcər RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və məktəb kollektivi, müəllimlər və şagirdlərqəhrəmanımızı yad ediblər.
 
Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979— 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır.
1991-ci ilin 25 sentyabrında erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi.
Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu.
Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlib.
Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb. Kəlbəcər rayonunda dəfn edilib.
Allah rəhmət eləsin!

















Kateqoriya: Kəlbəcər
Tarix: 25-09-2026 13:30
Baxış sayı: 311
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını