Reklam
Kəlbəcər RİH-nin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - Fotolar
24-09-2026 12:33
Dalidag.az-ın xəbərinə görə, aksiyada Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, könüllülər, rayonda fəaliyyət göstərən idarə-müəssisə rəhbərləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac və kol tingləri əkilib, yaşıllıq sahələrində abadlıq və təmizlik işləri aparılıb. İştirakçılar tərəfindən ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və yaşıllıqların qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ağacəkmə aksiyası “Şəhərsalma və Memarlıq İli”nin məqsəd və məramına uyğun olaraq yaşıllıqların artırılması, ətraf mühitin qorunması və sağlam ekoloji mühitin formalaşdırılmasına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, tərtib edilmiş tədbirlər planına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlər ilboyu davam etdiriləcəkdir.
Dalidag.az














Kateqoriya: Kəlbəcər
Tarix: 24-09-2026 12:33
Baxış sayı: 349Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























