Reklam
"AzerGold”un yeni qızıl kolleksiyası Kəlbəcərə həsr olundu
01-10-2026 10:38

Dalidag.az xəbər verir ki, yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan, məişət əşyalarının saxlanılması və daşınması üçün istifadə edilən ənənəvi xalça məmulatıdır.
Kompozisiyanı əhatə edən haşiyə isə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii resurslarına işarə edən arı pətəyi motivindən ilhamlanıb.
Kolleksiyanın digər diqqətçəkən elementi sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətdir. Bu xətlər ənənəvi sazın pərdələrini simvolizə etməklə Kəlbəcərin qədim aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.
Kəlbəcərə həsr olunan xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirən kolleksiya nümunəsidir. Sikkənin konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da ifadə olunub.
Qeyd edək ki, yeni kolleksiya “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal olunan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 999.9 əyarda, müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.
Kəlbəcər kolleksiyasını “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış platformasından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanda hasil olunan qızıl və gümüşdən müxtəlif dizaynlarda sikkələrin, eləcə də qızıl külçələrin istehsalına 2018-ci ildə başlanılıb. Məhsullar 2019-cu ildən etibarən yerli pərakəndə satış bazarına təqdim edilir. Hazırda “AzerGold” QSC-nin məhsul portfelində 15 qızıl və 12 gümüş olmaqla, ümumilikdə 27 kolleksiya yer alır.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 01-10-2026 10:38
Baxış sayı: 3214Yazı axını
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
Ən çox oxunanlar
05-10-2026 19:30





























