Kəlbəcər rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci il dönümü  qeyd olunub

01-10-2026 22:01
Kəlbəcər rayon İcra Hakimiyyətində Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub.
Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi polkovnik Haxverdi Əkbərov, DTX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Müşfiq Mürsəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov, rayon prokurorluğunun əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixində imzaladığı sərəncamla hər il oktyabr ayının  1-i  Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Azər Qocayev prokurorluq işçilərinin peşə bayramı günü münasibət ilə başda Azərbaycan Respublikasının Baş prokuroru , I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev olmaqla, bütün prokurorluq işçilərini, o cümlədən Kəlbəcər rayon prokurorluğunun əməkdaşlarını təbrik edib, onlara şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb. 
Daha sonra geniş məruzə ilə çıxış edən rayon prokuroru İlkin İsmayılov prokurorluq orqanlarına göstərilən diqqət və qayğıya, fəaliyyətləri üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. 
Eyni zamanda, artıq işğaldan azad olunmuş Kəlbəcər rayonun prokuroru olduğu üçün öz sevinc hissini ifadə edib. Tədbirdə çıxış edən digər natiqlər  prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə öz səmimi təbriklərini çatdırıblar.
Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən prokurorluq əməkdaşları Kəlbəcər RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 01-10-2026 22:01
Baxış sayı: 373
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını