Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda qardan və buzdan təmizləmə işləri aparır. Dalidag.az bu barədə Agentliyə istinadən xəbər verir. Məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etməkdir.

Ş air elin içərisindən çıxdığına görə, elə bineyi-qədimdən onlar “el şairi, elin dili, elin gözü, elin sözü” kimi epitetlərlə xatırlanıblar, anılıblar, unudulmayıblar. Keçmiş sovetlər dönəmində partiya və hökumətin mədhiyyəçilərinin sayını artırmaq üçün dili kəlamlı, əli qələmli yazarları da bölmüşdülər sosial-mədəni təbəqələrə. Məsələn, “xalq şairi”, “xalq yazıçısı”, “əməkdar jurnalist”, “əməkdar mədəniyyət işçisi”… və s. Sovetlər darmadağın edildikdən sonra bu “titullar” da bir növ

Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz "Facebook" səhifəsində yazıb. Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar. Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya

Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, dekabrın 16-sı

Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətov dəfn olunub. Dalidag.az -ın xəbərinə görə, şəhid Zöhrab Hümbətov anadan olduğu Tovuz rayonunda, Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ötən gün Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşməsi barədə xəbər vermişdik. Hadisə nəticəsində 1 hərbi qulluqçu, Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub. Digər 7 nəfər isə yaralanıb. Dalidag.az apa-ya istinadən həmin görüntülərini təqdim edir:

Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb. Dalidag.az xəbər verir ki, rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən - Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib. Araşdırma aparılır.

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir". Dalidag.az bildirir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində

Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Dalidag.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld Tvitterdə yazıb."Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm", - o bildirib.

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Dalidag.az -ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.
Yazı axını
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024