Reklam
Kəlbəcərdə əsgər özünü öldürdü
29-07-2024 21:13
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ərşad Maarif oğlu Qəhrəmanovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə Dalidag.az-a hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 29-07-2024 21:13
Baxış sayı: 3111
Yazı axını
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
Ən çox oxunanlar