"Kəlbəcərli müqəddəslərin sevinən ruhları"nın əks-sədası

24-03-2021 17:55
Dalidağ.az-ın "Kəlbəcər" bölməsində 16 mart 2021-ci il  tarixdə  yayımlanmış "Kəlbəcərli müqəddəslərin sevinən ruhları" başlıqlı məqalə oxucular arasında əks-səda doğurub.
Dalidağ.az bildirir ki, bir çox oxucu sözügedən yazı, yazının qəhrəmanı haqqında fikir və rəy bildirib. Xədicə Əzimova adlı oxucu məqaləni şərh edib. Həmin şərhin müasir gənclərimiz üçün örnək ola biləcəyini nəzərə alıb dərc edirik.

Bu yazının müəllifi Oqtay bəyə ailəmiz adından öz təşəkkürümu bildirirəm. Çox savab iş görub ki, indiki nəslə muqəddəs dəyərlərimizin olduğunu xatırladıb. Haqqında söhbət acılan Həsən Bagirov mənim gayınatam və gohumum idi. Həsən əmi haqqında kitablara sıgmayacag qədər xatirələrim, unudulmaz günlərimiz olub. Bəzi şərhlərdə deyildiyi kimi o, əsl peyğəmbər ömrü yaşayıb. İndiki dövrdə bunu xatırlatmaq lap aktualdi, cünki, Həsən əmi ən yüksək vəzifələrdə calışmasına baxmayaraq, xalq malını yemədi, dövlət əmlakını talan etmədi, başqaları kimi hər yerdə mülklər, maşınlar alıb goymadi. O, şərəfli ömür yaşadı, özundən sonra ancaq rəhmət qazandı. Həsən əmi ideal həyat yoldaşı, gözəl ata, qayğıkeş baba idi. Öz yuksək  mədəniyyəti, kübar davranışı ilə hamıdan seçilərdi. Mən öz gözlərimin şahidiyəm ki, biz onunla səhər birgə işə gedəndə insanlar necə hörmətlə onunla hal- əhval tutardı. O, təhsilə cox önəm verirdi və o yaşda öz mütaliəsindən qalmirdı. Bizim evimiz hər zaman qonaq- qaralı olurdu. Bəzən heç tanımadığı insanlar ona üz tutardı. Kiminin çətin elçilik işi, yaxud davası olsa, hansısa xəstaxanaya, idarəyə işi  duşsə, onun yanına gələrdilər. Heç kimi naümid qaytarmaz, əlindən gələn köməyi edərdi . Kəlbəcər onun üçün cənnət demək idi, öz yurduna qəribə bir bağlılığı vardı . Deyirdi ki, mən Kəlbəcərsiz bir gün də yaşaya bilmərəm, dediyi kimi də oldu. Məncə, vəzifəyə keçən kimi talançılıqla məşgul olanların göbələk kimi çoxaldığı indiki dövrdə Həsən əmi kimi insanların ömür yolu daha cox işıqlandırılmalıdır. Qoy, indiki gənclər görsun ki, necə şərəflə, ləyaqətlə yaşayan insanlar olub. Sən hər zaman qəlbimizdəsən, yuxularıimızdasan, əziz  əmi, ruhun da hər zaman köməkçimizdi. Yerin behişt olsun!

Xədicə ƏZİMOVA
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 24-03-2021 17:55
Baxış sayı: 3334
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını