Kəlbəcər aşıq məktəninin istedadlı nümayəndəsi Nurəddin Şərəfxanlı (Xanlarov) "Ustad aşıq" medalına layiq görülüb. Adından da göründüyü kimi, medal ustad mərhələsinə çatan, aşıq-ozan sənətinin layiqli davamçısı, təbliğatçısı olan sənətkarlara verilir. Dalidag.az xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin təsis etdiyi Medalı aşıq Nurəddin Şərəfxanlıya Birliyin sədr professor Məhərrəm Qasımlı təqdim edib. Sevinc, Dalidag.az

İcra başçısı tərəfindən əsassız işdən çıxarıldığını iddia edən Kəlbəcər rayon İstibulaq kənd sakini Babək Müzəffər oğlu Quliyev ölkə başçısına müraciət edib. Dalidag.az müraciətin mətnini təqdim edir: "Cənab Prezident, yazıb sizə bildirirəm ki, mən Quliyev Babək Müzəffər oğlu 01.11.2012-ci il tarixdən Kəlbəcər rayon İstibulaq KİƏD nümayəndəliyində Baş məsləhətçi -Baş mühasib vəzifəsində işləyirdim.Sizin 10 dekabr sərəncamınıza əsasən yerli İcra Hakimiyyəti nümayəndəliklərində Baş məsləhətçi

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Daşkəsən rayonu, Quşçu kəndi, Quşçu kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin

Xalq artisti Brilliant Dadaşova və AISELin ifa etdiyi “Ayrı düşmüşük” mahnısı gürcü ifaçı tərəfindən mənimsənilib. Dalidag.az xəbər ver ki, bu barədə Xalq artistinin özü məlumat verib. O, ifa etdiyi mahnının oğurlandığını iddia edib və əlavə edib ki, məsələ ilə bağlı artıq aidiyyəti qurumlara müraciət edilib: “Müəlliflik hüquqları ilə bağlı artıq aidiyyəti qurumlara müraciət etmişik. Mahnı həm Gürcüstanın televiziya kanallarında, həm də sosial şəbəkələrdə gürcü musiqisi kimi təqdim olunub”.

Vaqif İbişoğlunun (Vaqif İbiş oğlu Qaraşov) "Vağədi və gizlədilmiş erməni həqiqətləri" adlı kitabı nəşr edilib. Dalidag.az xəbər verir ki, kitabda müəllif doğulub boya-başa çatdığı Vağədi kəndinin tarixini, etnoqrafiyası, adət-ənənələrini, dini və mənəvi həyatını, son yüz ildəki Vağədinin keçdiyi inkişaf yolunu onilliklərə bölərək oxucu lara daha yaxşı tanıtdırmaq istəyi özünü xüsusi göstərir. Həmçinin müəllif Zəngəzur haqqında qısa məlumat, Qarakilsənin və onun kəndləri barədə də əldə

Azərbaycanın Xalq artisti, görkəmli kino və teatr aktrisası Həmidə Ömərova işğaldan azad edilmiş ərazilərdə görülən işlər, sakinlərin öz doğma ata-baba yurdlarına geri dönməsi və Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşüb. Şuşaya səfəri zamanı Cıdır düzünün möhtəşəm mənzərəsindən heyranlığını gizlətməyən sənətkar, Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki genişmiqyaslı tikinti işlərinin onda böyük qürur hissi yaratdığını bildirib. Qeyd edək ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş

Fevralın 28-də axşam astronomik hadisə - planetlərin böyük paradı baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, həmin tarixdə gün batandan sonra altı planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmanın müəyyən bir hissəsində müşahidə olunacaq. Qeyd olunub ki, həmin vaxt planetlərin dördü adi gözlə, ikisi isə optik alətlərlə görünəcək. Belə hadisələr nadir baş verir və axşam saatlarında müşahidə üçün

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon sektorunun Bərdə rayonunun Zümürxan kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 80 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının fəal üzvü Oqtay Sadıq oğlu Salah­ovun 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona Allahdan möhkəm can sağlığı və xoş günlər arzulayıb. Qeyd olunub ki, Oqtay müəllim uzun illik pedaqoji

Azad və abad Laçında yaşanan növbəti qış möcüzəsi dağlar qoynuna sığınmış şəhərin sakinlərinə də, qonaqlarında da xoş əhval bəxş edir. Ağappaq libasını geyinmiş dogma yurdda hər kəsin bu qış günündə öz zövqünə və yaşına uyğun məşğuliyyəti var. Ən əsası odur ki, Laçın ilbəil gözəlləşir, gələcəyə inamla addımlayır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə

Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə həmin məktəbin müəllimi və ilk həmkar sədri Oqtay Sadıq oğlu Salahovun 65-illik yubleyi münasibətilə tədbir keçirilib. Tədbirdə Zahid Kazımov, Qabil Həsənəliyev və məktəb kollektivi iştirak edib. Oqtay müəllim uzun illərdir Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərərək şagirdlərin bilik və tərbiyəsində mühüm rol oynayıb. O, məsuliyyətli, peşəkar və nümunəvi pedaqoq kimi həm şagirdlərin, həm də pedaqoji kollektivin
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026