Növbəti köç karvanı Ağdam şəhərinə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə şəhərə 419 nəfərdən ibarət 120 ailə köçürülüb. Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Dalidag.az

Azərbaycanın tanınmış şairi Namizəd Xalidoğlu (ədəbi ictimaiyyətdə Qoca Xalid kimi tanınır - red.) vəfat edib. Dalidag.az xəbər verir ki, 71 yaşlı şairin ölüm səbəbi məlum deyil. Xatırladaq ki, Qoca Xalid 1954-cü ildə Şəkinin Kiçik Dəhnə kəndində anadan olub. O, Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən biri hesab olunur. Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olan Qoca Xalid Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü seçilib. O, həmçinin Rusiya xalqlarının VII

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 34 il ötür. Dalidag.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc,

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının "Namiq Dəlidağlı - Sözdə görünən adam” adlı yeni kitabı nəşr edilib. Dalidag.az xəbər verir ki, "Zərdabi nəşr"də nəfis tərtibatla çap olunan kitabda müəllifin yaradıcılığına həsr edilən ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının, dostlarının onun haqqında fikirləri, eləcə də şairlə aparılan müsahibələr və ona ithaf olunan şeirlərin bir qismi yer alıb. Beş bölmədən ibarət kitabın “Fikirlərin

100 illik yubileyi ərəfəsində şair, pedaqoq Asim Qazıyevin işıq üzü görən yeni kitabı belə adlanır Bu il görkəmli pedaqoq, şair Asim Qazıyevin anadan olmasının 100 illiyi tamam olur. Yubiley ərəfəsində şairin “Ürək o ürəkdir” adlı yeni kitabı işıq üzü görüb. “OL” MMC-də nəfis tərtibatla çap olunmuş kitabın redaktoru Fimar Asimqızı, tərtibçisi Firuq Qazızadədir. Kitabda şairin indiyə kimi çap olunmayan şeirləri və “Nazim Hikmət” adlı poeması topalanıb. Xatırladırıq ki, Asim İsa oğlu Qazıyev 10

1993-cü il aprelində Meydançay mühasirəsində həlak olan Bahadur Kamalovun bu günlərdə nəşi tapıldı. Onlar 6 qardaş idilər. Kəlbəcərin Zar kəndində Orucov Məhəmməd və Samovarın ailəsində dünyaya gəlmiş qardaşların yalnız ikisi - Musa və Kamal öz əcəlləri ilə dünyasını dəyişdilər. Musa və Kamal qardaşları isə ömrü boyu qardaşlarının faciəvi ölümlərini və iki müharibənin(İkinci dünya müharibəsi və Qarabağ müharibəsi) acısını ürəklərində, beyinlərində gəzdirdilər. Ailənin xoşbəxt günlərini ilk dəfə

Bu gün ölkəmizin ilk televiziya və radio qurumu olan “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür. Dalidag.az xəbər verir ki, Azərbaycan televiziyası radiodan 30 il sonra 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. İlk verilişin aparıcısı gənc aktrisa Nəcibə Məlikova olub. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii

Bu gün əsrlər boyunca düşmənləri tərəfindən hər cür amansızlığa uğramış xalqımızın yaşadığı daha bir dəhşətli faciədən 32 il ötür. Dalidag.az xatırladır ki, 14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-errməni işğalçıları ilə ağır döyüşlər gedib. Döyüşlərdə Azərbaycan Milli Ordusu ağır itki verib. Sərt hava şəraiti, kəskin soyuq, amansız şaxta döyüşü çətinləşdirib və bir yandan canlar alıb. Nəticədə 140 nəfər hərbçi şəhid olub, 111 nəfər hərbçi itkin düşüb. 1337 nəfər hərbçini don vurub.

1993-cu ildə Kəlbəcər rayonundan itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb. Dalidag.az xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək. Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq. Qeyd edək ki, Bahadur Kamalov 19 yanvar 1937-ci ildə Kəlbəcər rayonunda anadan olub və Zar kənd sovetinin sədri vəzifəsində çalışıb. 1993-cü il aprelin 5-də erməni silahlı qüvvələrinin

Salman Qaralar Şair, publisist 27 müəllifin 28 hekayəsi 2025 - ci ilin mart ayında gözümə bir elan dəydi. Elanda Qərbi Azərbaycana qayıdışla bağlı hekayə müsabiqəsi kçirilməsindən bəhs olunurdu. Mən də iştirak etmək qərarına gəldim. 1918- ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən 2 hekayə yazıb göndərdim. 2026-cı ilin12.02.2026- cı ildə Bakı şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Bir elin manifesti” hekayə müsabiqəsinin yekunlarına həsr
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026