Reklam
Qaradağlı qətliamından 34 il ötür
17-02-2026 09:10
Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qətliamdan 34 il ötür.Dalidag.az xəbər verir ki, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başı kəsilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 17-02-2026 09:10
Baxış sayı: 359Yazı axını
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
Ən çox oxunanlar
10-04-2026 19:19





























