Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 131 gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Kəlbəcərə getməyin sadə izahı... Yaylaq mövsümünün açıq elan olunmasıyla bağlı qoyulan şərtlər mətbuatda qəliz üslubda yazılır deyə camaatda çaşqınlıq yaranır. Məsələ belədir: 200 qoyunun xətir-hörmətinə görə 5 adam, 500 qoyunun xahiş-minnətinə görə 7adam, 3000 qoyunun vətən və dövlət qarşısında misisilsiz xidmətinə görə isə 22 adamın vətənə getməyi halal buyurulub. Arılar da şirin dillərini işə salıb bir neçə adamın getməyinə müvəffəq ola biliblər. VƏ ŞEİR Kəlbəcərə getmək üçün Nəyin ola,

Kəlbəcər rayonunun Qasımlar kəndi Çaykənd kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusunun hərbçisi xəstəlikdən vəfat edib. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Sağ orta beyin arteriyasının trombozu nəticəsində işemik insult. Birincili trombofiliya. Serebral koma. Tərəqqi edən poliorqan çatışmazlığı” diaqnozu ilə uzun müddət müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Pənah Pərviz oğlu vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və

Dövlət bayrağının yandırılmasına görə bərəsində həbs qətimkan tədbiri seçilmiş şəxs beynəlxalq axtarışa verilib. Dalidag.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib. Dalidag .az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib. Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 129 gündür davam edir. Dalidag.az xəbər verir ki, toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. Eyni

Başlıbel faciəsindən 30 il ötür. Dalidag.az xəbər verir ki, 1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbridə Bakıda

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “İrəvan KTMT-nin Ermənistan sərhədlərini tanımasını və onları qorumasını gözləyir” kimi absurd açıqlaması əslində onların real vəziyyətindən xəbər verir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın ondan gözlədiyi addımlar atmayıb. Ona görə də erməni tərəfi bu gün faktiki olaraq KTMT-ni şantaj etməklə məşğuldur. Amma faktiki olaraq KTMT-də təmsil olunan dövlətlərin mütləq əksəriyyəti Azərbaycanla dostluq,
Yazı axını