Kəlbəcər rayonunun Qasımlar kəndi Çaykənd kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusunun hərbçisi xəstəlikdən vəfat edib. Bu barədə Dalidag.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Sağ orta beyin arteriyasının trombozu nəticəsində işemik insult. Birincili trombofiliya. Serebral koma. Tərəqqi edən poliorqan çatışmazlığı” diaqnozu ilə uzun müddət müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Pənah Pərviz oğlu vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və

Dövlət bayrağının yandırılmasına görə bərəsində həbs qətimkan tədbiri seçilmiş şəxs beynəlxalq axtarışa verilib. Dalidag.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib. Dalidag .az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib. Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair
Yazı axını