Eldar Həsənov “Prezidentin çox böyük əfv sərəncamı imzalamasını həyəcanla gözləyirik. Müraciətlər həddən artıq çoxdur, hələ də siyahı üzərində iş gedir”. Dalidag.az xəbər verir ki, bu sözləri açıqlamasında İnsan haqlarının müdafiəsi üzrə işçi qrupunun üzvü Novella Cəfəroğlu deyib. O ümid etdiyini bildirib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar may ayının 10-a qədər əfv sərəncamı qüvvəyə minəcək: “Siyahı böyükdür. Əfv Məsələləri Komissiyasının iclaslarında

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti

Kəlbəcər rayonu işğal edilmiş rayonlar arasında sahəsinə görə ən böyüyü idi. Rayon 1993-cü ilin aprelində Ermənistan və “DQR”-in birgə hücumu ilə işğal olundu. Kəlbəcərin işğalı ilə erməni ordusu keçmiş DQMV sərhədlərindən kənara çıxmışdı (Qeyd: Laçın dəhlizini burada istisna etmək lazımdır. Bu koridorun nəqliyyat xarakterli və blokadadan çıxış kimi qiymətləndirilməsi Ermənistana hər hansı sanksiya tətbiqi ilə nəticələnmədi). Buna görə BMT TŞ erməni bölmələrinin Kəlbəcərdən çıxmasına çağıran

Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkirdə anadan olmuşdur. Əhməd Cavadın Azərbaycan ədəbiyyat tarixində əvəzsiz rolu olmuşdur. O, dövrünün zəngin biliyə malik olan ziyalısı kimi tanınırdı. Ədib bütün yaradıcılığı boyunca xalqının istiqlaliyyəti uğrunda mübarizə aparmışdır. Ə.Cavadın yaradıcılığı onu göstərir ki, o bütün ömrü boyu xalqını düşünmüş və milləti uğrunda həyatını qurban vermişdir. Ədib şərəfli və eyni zamanda çətin bir həyat yolu keçmişdir. Əhməd Cavadın Azərbaycan

Dalidag.az Molla Nəbi Kəlbəcərlinin (Nəbi Dilsuz 1898-1969) şeirlərini təqdim edir. Baxtın olmasa İstəsən dünyanı sərbəst gəzəsən, Düz yolun kəc olar, baxtın olmasa, Xalqın dəhanına şəkər əzsən də, Acı zəhər olar, baxtın olmasa. Süleyman tək olsa şövkəti-şanın, Harun kimi olsa dövlətin-varın, Bir gün gələr, sənin əhli-əyalın Nana möhtac olar, baxtın olmasa. Nəbi, mərd yolunda sərdən keçsən də, Hatəm kimi geniş süfrə açsan da, Dost boyuna ağır xələt biçsən də, Zəhmətin puc olar, baxtın olmasa.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd
Yazı axını