Goranboyda avtomobil qəzası baş verib. Hadisə Yeniyol-Xanqərvənd kəndləri istiqamətindən keçən magistral yolda qeydə alınıb. Məlumata görə, "Vaz 2105" markalı maşın idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 5 hərbçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Aprelin 8-də ötən əsrin ən dəhşətli cinayətlərindən biri - Ağdaban soyqırımının ildönümüdür. Dalidag.az bildirir ki, Moderator.az-ın əməkdaşı bu münasibətlə soyqırımda bir neçə yaxın qohumunu itirmiş rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovla görüşüb və fürsətdən istifadə edərək ondan bir neçə suala cavab alıb. -Cavid müəlim, Ağdaban soyqırımının növbəti ildönümünə sayılı günlər qaldı. Amma bu günədək heç bir yerdə rast gəlmədik və mediada da eşitmədik ki, həmin qətliamın

“Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımdan diqqətçəkən detaldır”. Dalidag.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir: “Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 115 gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi. Dalidag.az xəbər verir ki, bunu report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib. Həkimin sözlərinə görə, onlara yerindəcə

Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 114 gündür davam edir. Dalidag.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Bu gün Vətən müharibəsi şəhidi əslən Kəlbəcər rayonundan olan Mirzə Xəlifə oğlu Hüseynovun doğum günüdür. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları Göygöl rayonun Şəhidlər xiyabanında Mirzə Xəlifə oğlu Hüseynovun məzarın ziyarət edib, ruhuna dualar oxuyublar. Qeyd edək ki, Mirzə Xəlifə oğlu Hüseynov 3 aprel 1991-ci ildə Göygöl rayonunun Çaykənd kəndinə dünyaya gəlmişdir. 4 ildir ki, müddətdən artıq hərbi xidmətdə idi. Müharibə başlayandan ön cəbhədə vuruşmuşdur. Sonuncu

Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. Dalidag.az xəbər verir ki, Xəzər televiziyasının əməkdaşı Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb. Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir. İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə

Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib. Dalidag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İddia edilib ki, Ermənistan tərəfdən danışıqları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb. Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi"nə qədər geri çəkilməyə razı salmağa çalışıb. Lakin danışıqlar nəticə verməyib və

Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib. Dalidag.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb. “Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və
Yazı axını