Reklam
Ağdərə istiqamətində hücum: Kaspirşikin separatçılarla görüşündən sonra... - Polkovnik açıqladı
17-04-2023 19:42
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “İrəvan KTMT-nin Ermənistan sərhədlərini tanımasını və onları qorumasını gözləyir” kimi absurd açıqlaması əslində onların real vəziyyətindən xəbər verir. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın ondan gözlədiyi addımlar atmayıb. Ona görə də erməni tərəfi bu gün faktiki olaraq KTMT-ni şantaj etməklə məşğuldur. Amma faktiki olaraq KTMT-də təmsil olunan dövlətlərin mütləq əksəriyyəti Azərbaycanla dostluq, müttəfiqlik əlaqələrinə malikdir. Bu dövlətlər Ermənistanın ambissiyalarına görə Azərbaycanla münasibətləri heç bir halda pozmayacaqlar. Erməni tərəfini də narahat edən məhz bu amildir.
Dalidag.az bildirir ki. bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, 44 günlük müharibədə və ondan sonrakı dövrdə KTMT Ermənistana dəstək verməyib:
“11 aprel təxribatından sonra KTMT-nin Ermənistana gəlməsi ilə bağlı elementlər müşahidə edilir. Sadəcə olaraq bunun üçün bir zəmin axtarılır. Amma bu addımların prosesin gedişində təsirinin olacağı ehtimalı azdır”.
Polkovnik erməni tərəfinin Ağdərə istiqamtində hücuma keçməklə bağlı yaymış olduğu informasiyalara münasibət bildirib:“Ermənistanın hücum üçün ordusu və hərbi potensialı qalmayıb. Sözsüz ki, Ermənistan ordusu və yaxud Qarabağda olan separatçılardan hər hansı bir hərəkətlilik olacaqsa, Azərbaycan Silahlı Qüvvələri bunu dərhal cavablandıracaq. Sözsüz ki, bu da Ermənistanın dövriyyə buraxdığı növbəti bir yalandır. Onlar indiyə kimi 50 dəfə bu cür bəyanatlar səsləndirib. Amma bunu həyata keçirə bilməyiblər. Çünki bunun üçün gücləri və motivasiyaları yoxdur. Hər tərəfdən mühasirə vəziyyətində olan erməni ordusu hansı nəticəyə ümid edə bilər? Sadəcə olaraq bunlar öz aləmlərində Azərbaycana təzyiq etmək niyyətindədirlər”.
Üzeyir Cəfərov bildirib ki, bu yaxınlarda ATƏT sədri bölgədə səfərdə olarkən onun xüsusi nümayəndəsi Anjey Kaspirşik İrəvanda separatçıların nümayəndələri ilə görüşüb:
“Ola bilsin ki, onlar növbəti dəfə buna ümid edirlər. Ümid edilər ki, onlara hansısa bir formada dəstək ola bilər”.
Kateqoriya: Qarabağ
Tarix: 17-04-2023 19:42
Baxış sayı: 3178
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23