Bakıda şəhidə toy ediblər. Dalidag.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Əldə etdiyimiz məlumata görə, bu mərasim əslən Cəbrayıl rayonundan olan şəhid Emin İsmayılovun ildönümündə baş tutub. Mərasim zalına şəhidin maketi “Vağzalı” sədaları ilə gətirilib. Qeyd edək ki, Emin İsmayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi.

Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin, düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların açılması üzrə işlərin praktiki, təqvim planını müzakirə edib və razılaşdırıblar. Dalidag.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” agentliyinin Baş direktorunun müavini, ekspert Andrey Petrov deyib. "Vladimir Putin üçtərəfli qrupun işinin məhsuldarlığını əbəs yerə qeyd etmədi - il ərzində bu planın işlənib hazırlanması

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov Biləcəri qəbiristanlığında dəfn olunub. Dalidag.az xəbər verir ki, mərhumun 7-ci mikrorayonda yerləşən evinin önündəki cənazə namazında və qəbiristanlıqdakı dəfn mərasimində mərhumun doğmaları ilə yanaşı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı

“Roketsan” şirkəti türk PUA-ları və yüngül hücum təyyarələri üçün yeni növ raketlər istehsal edib. Dalidag.az xəbər verir ki, MAM-T adlı ağıllı yeni raketlər həm quru, həm də hava əməliyyatlarında istifadə olunacaq. MAM-T raketləri sabit qanad quruluşlu və təkmilləşdirilmiş döyüş başlığı ilə təchiz olunub. Bu raketlər daha uzaq məsafələrdə sabit və hərəkət edən hədəfləri məhv etmə qabiliyyətinə malikdir./axar.az Dalidag.az

"Daim sülhdən danışan Paşinyan Ermənistanı dağıdıcı müharibəyə aparır". Dalidag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, Nikol Paşinyanın əsas rəqiblərindən sayılan Vazgen Manukyan deyib. Kemiş baş nazir xələfi Nikol Paşinyan haqqında danışarkən bildirib ki, onun atdığı addımlar anlaşılan deyil: "Paşinyan elə bir səriştəsizlik nümayiş etdirdi ki, biz regionda tək qaldıq. Hətta yeganə müttəfiqimiz də bizdən üz döndərdi. Baş verən proseslər onu göstərir

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümü nə həsr edilmiş "Qarabağa ithaf" adlı bədii sərgi təşkil olunub. Dalidag.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin, Rəssamlar İttifaqının, “NƏFƏS” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə yeni nəsil rəssamı, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın "Qarabağa ithaf" adlı bədii sərgisi maraqla qarşılanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov vəfat edib. Dalidag.az xəbər verir ki, bu haqda mərhumun yaxınları bildirib. Məlumata görə, 50 yaşlı təşkilat sədri ürək tutmasından vəfat edib. Qeyd edək ki, Ə.Həsənov əslən Kəlbəcər rayonundandı. Allah rəhmət eləsin! Dalidag.az

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov kəlbəcərlilərə müraciət edib. Dalidag.az -ın məlumatına görə, müraciətdə deyilir: "Əziz kəlbəcərlilər, bacılarım, qardaşlarım. Bu gün xalqımız Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram. Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Bioloji, humanitar və ictimai elmlər şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə kamilinfo.net saytının qonağı olub. Dalidag.az D.Rəhimzadənin sayta müsahibəsini təqdim edir: – Dürdanə xanım, lüğətlərimizin vəziyyəti haqqında nə deyə bilərsiniz? – İlk növbədə ana dilimizlə bağlı bir vətəndaş, bir dilçi kimi bizi narahat edən məsələlərdən danışmaq imkanı üçün Sizə öz təşəkkürümü bildirmək istərdim.

Kəlbəcər həsrəti ilə dünyadan köçənlərin sırasına bir ana da qoşuldu. Dalidag.az xəbər verir ki, saz-söz sənətinin azman nümayəndəsi, Miskin Abdal, Ağdabanlı şair Qurban nəslinin davamçısı, Kəlbəcərdə aşıq yaradıcılığı ənənəsinin sütunu sayılan Dədə Şəmşir ocağına ağır itki üz verib. Belə ki, bu gün Dədə Şəmşirin qızı Şükufə Şəmşir qızı vəfat edib. Məlumata görə, mərhumə Göygöl rayonunda torpağa tapşırılıb. Allah rəhmət eləsin! Dalidag.az
Yazı axını
 
 
 
 
29 / 04 / 2024