Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Dalidag.az -ın məlumatına görə Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Krasnoselsk

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz

“Azərbaycan Dəmir Yolları” QSC-də Avstriyanın “Rail Cargo Group” şirkətinin İdarə Heyətinin üzvü Tomas Karql ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, Cəmiyyətin sədri Cavid Qurbanov daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Azərbaycan beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşmasında aktiv iştirak edir. Bakı-Tbilisi-Qars, Beynəlxalq

Koronavirus təhlükəsinin yayıldığı bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda hərbi xidmətə çağırış müvəqqəti təxirə salınıb. Digər ölkələrdə bu addımın atılması Azərbaycanda da yaxınlaşan növbəti hərbi xidmətə çağırışın müvəqqəti təxirə salınması barədə təkliflər ortaya atılıb. Dalidag.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, məsələ haqqında qərar Xidmətin səlahiyyətlərinə aid deyil: ““Hərbi vəzifə və hərbi xidmət haqqında”

Öz ölümünü bilən fransız həkim, kahin Nostradamus, bu günə kimi yaşanan təbii fəlakətlər haqqında insanlara xəbərdarlıqlar edib. Kahinin bu günə kimi dediyi kəhanətləri təqdim edirik. Dalidag.az xəbər verir ki, revmatizma və bədənə su yığılması nəticəsində vəziyyəti ağırlaşan Nostradamus 1 iyun 1566-cı ildə ona ''Gecən xeyrə'' deyən keşişə ''Bu son gecəmdir. Sabaha sağ çıxmayacam'' sözlərini deyib. Kahin 2 iyun 1566-cı ildə öz otağında ölü halda tapılıb. Beləliklə onun son kəhanəti öz olumu

Dalidag.az kulis.az-a istinadən Sülyman Rüstəmin 19- ci ildə “Gənclik jurnalı”nın ilk sayına verdiyi son müsahibəni təqdim edir. Müsahibəni tənqidçi, ədəbiyyatşünas Məti Osmanoğlu götürüb. Sevindirici hadisədir ki, Azərbaycan komsomolunun yeni bir jurnalı dünyaya gəlir. "Ulduz" jurnalı indiki orta nəslin ədəbiyyata gəlişində, ədəbi nəsil kimi formalaşmasında, həqiqətən, çox iş görüb, ədəbiyyatımızın inkişafında layiqli rol oynayıb. Ancaq son vaxtlar gəncliyimizin qarşısında duran vəzifələri

Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarında yerləşir. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Dalidag.az -ın məlumatına görə İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti qurulduqdan sonra 1925-ci ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Kəlbəcərdəki İstisuyun kimyəvi analizi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 12-də Ağdam rayonunda məcburi köçkünləri qəbul edib. Qəbulda Ağdamda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib. Müraciətlər, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb. Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin. *** Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədris ilini iyun ayınacan uzadıb. Bu barədə universitetin rəsmi saytında məlumat dərc olunub.

Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb. Dalidag.az bildirir ki, bunu report-a H.Z.Tağıyevin heykəlini hazırlayan xalq rəssamı Xanlar Əhmədov bildirib. Onun sözlərinə görə, Bakının mərkəzində - metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb: “Heykəlin açılışı təxirə salınıb. Bilirsiz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən
Yazı axını
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024