Reklam
Öz ölümündən xəbərdar olan kahin NOSTRADAMUS
13-03-2020 18:41

Öz ölümünü bilən fransız həkim, kahin Nostradamus, bu günə kimi yaşanan təbii fəlakətlər haqqında insanlara xəbərdarlıqlar edib. Kahinin bu günə kimi dediyi kəhanətləri təqdim edirik.
Dalidag.az xəbər verir ki, revmatizma və bədənə su yığılması nəticəsində vəziyyəti ağırlaşan Nostradamus 1 iyun 1566-cı ildə ona ''Gecən xeyrə'' deyən keşişə ''Bu son gecəmdir. Sabaha sağ çıxmayacam'' sözlərini deyib. Kahin 2 iyun 1566-cı ildə öz otağında ölü halda tapılıb. Beləliklə onun son kəhanəti öz olumu olub. Belə ki, dünyanın müxtəlif bölgələrində ardıcıllıqla baş verən yanğınlar, zəlzələlər, yoluxucu xəstəliklər 1500-cü ildə yaşayan Nostradamusa öncədən məlum olub. Kahinin ən böyük kəhanətləri arasında koronavirus xəstəliyi dayanır. O bu xəstəliyin Amerikada böyük fəlakətlərə və ölümlərə səbəb olacağını yazsa da, yoluxucu xəstəlik Çində meydana gəlib. Kahin eyni zamanda 2020-ci ildə kraliça Elizabetin taxtdan enməsini əvvəlcədən deyib. Onun dediklərinə görə kraliça taxtdan enəcək və onun yerinə kişi kral ölkəyə başçılıq edəcək. Kahin Putinin öz ölkəsində olarkən sui-qəsdə uğrayacağını da bildirib. Nostradamus 2020-ci ili ABŞ üçün fəlakətlər ili adlandırıb. İqlim dəyişkənliyinə görə Avropa ölkələrində isti hava hökm sürəcək. Bu da həqiqətdir ki, 2019-cu ilin yayı Avropa üçün çox isti keçib. 2020-ci ilin yay aylarının da həddindən isti keçməsi gözlənilir. Qlobal istilərin düşdüyü ölkələr ən çox Yunanıstan, Portuqaliya, Fransa, İspaniya, Hollandiya və Almaniya olacaq.ölkə.az
Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 13-03-2020 18:41
Baxış sayı: 4601Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























