Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir. Paytaxtın Binəqədi, Sabunçu rayonu ərazisində başa çatdırılmış dezinfeksiya tədbirləri digər ərazilərdə davam etdirilir. Dezinfeksiya işləri müvafiq kimyəvi preparatlarla aparılır və bu zaman zəruri təhlükəsizlik

Türkiyənin “Dünya qəzeti”nin köşə yazarı Vahab Munyar Yer kürəsini bürüyən koronavirus pandemiyası ilə bağlı əhəmiyyətli məqalə qələmə alıb. Dalidag.az xəbər verir ki, yazar köşəsində pandemiyaya tam fərqli gözdən baxmaq fikrini çatdırıb. “Şənbə günü, Merac Qəndilini idrak etdiyimiz gün “Yıldız” Holdinqin idarə heyətinin üzvü Murad Ülkərdən mesaj gəldi. Mesajın ilk cümləsi telefonumun ekranına əks olundu: “Bu başımıza gələnlər adət deyil, ayətdir”. Mesajı açdım. Əlavəsində Dini İşlər üzrə

Azərbaycanda Novruz bayramı yazın gəlişinin, təbiətin oyanışının ilk müjdəsini gətirən xalq bayramı hesab olunur. Tarixi keçmişimizə nəzər salsaq, o zaman görərik ki, tarixi xronologiyanın hökmü ilə məhz Şərq xalqları Novruz mərasimlərinin yaradılmasında və inkişafında, eyni zamanda onun tam bir düşüncə sisteminə çevrilməsində böyük rol oynayıblar. Bu yazıda Azərbaycan kinosunda Novruz bayramı necə təsvir olunub, hansı təzyiqlər hesabına Novruz kadrları yaranıb, ümumiyyətlə milli kinomuzda

Dalidag.az görkəmli nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist İsmayıl Şıxlı ilə bağlı 10 faktı təqdim edir: 1. İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim və zadəgan ailəsində anadan olub. Bu səbəbdən də ömrü boyu təqiblərə məruz qalıb. 2. İsmayıl Şıxlı Kosalar kəndində yeddiillik ibtidai məktəbi 4 ilə bitirir, Qazax pedaqoji məktəbinə hazırlaşır. Lakin yaşı az olduğu üçün buna icazə verilmir. Buna görə də o, doğum tarixini dəyişdirir. 3.

Ərəb dilində bayram anlamına gələn “eyd”, “iyd” sözü türk dillərində işlənən avdet/adət sözü ilə kökdaşdır. Anlamı “dönmə”deməkdir. Dilimizdəki “adət” sözü hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, vərdiş, alışma mənasında işlənir ki, bu da “dönmə” anlayışı ilə bağlıdır. Deməli, bayram olması üçün əsas şərt tarixi günün bəlli bir zamanda mütləq təkrar baş verməsidir. Beləliklə, biz “eyd” sözündən yola çıxaraq “bayram” sözünün mənşəyini izah edə bilərik.
Yazı axını