"AzərNəşr"-in baş redaktoru, sabiq millət vəkili Əlövsət Ağalarov Koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulub. Dalidag.az xəbər verir ki, Əlövsət Ağalarovun moderator.az-a verdiyi məlumata görə nəşriyyatın daxili imkanları hesabına Koronovirusla Mübarizəyə Dəstək Fonduna 5000 (beş min) manat ianə köçürülüb. Eyni zamanda, nəşriyyatın əməkdaşlarına bir aylıq əməkhaqqı məbləğində maddi yardım edilib. Dalidag.az

”Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyini ifadə edir. Dalidag.az xəbər verir ki, İctimai Birliyin sədri Qənbər Qurbanov, “Azərbaycan Respublikasında əhalinin

Azərbaycan futzalına ağır itki üz verib. Dalidag.az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir. A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi. Allah rəhmət eləsin! Dalidag.az

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə,

"Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”. Dalidag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: "Hər şey vəziyyətin gedişatından asılıdır”. Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. Dalidag.az

Bədənimizdə 2 ordu üz-üzə durub: sağlamlığın keşikçiləri olan hüceyrələr, bir də sağlamlığın düşməni olan mikroblar. Daima savaş gedir içimizdə. Onun nəticəsi bizim həyat tərzimizdən asılıdır. Düzgün qidalanan adam - sağlamlıq ordusunu gücləndirir, düzgün qidalanmayan isə - düşmən ordusunu. Düzgün qidalanan adamın bədənində çox güclü PATRUL dəstələri olur. Onlar qana soxulmaq istəyən mikrobları dərhal blokadaya alıb məhv edirlər. Belə insanın müdafiə xətti (immun sistemi) güclü olur. Heç bir

"Koronovirus zamanında təhsildən danışanda tərbiyəni yaddan çıxartmayaq". Dalidag.az bildirir ki, bunu əməkdar elm xadimi, TN yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib. Ş.Əsgərov həmçinin polyak pedaqoqu Yanuş Korçakın tərbiyə ilə bağlı tərtib etdiyi 10 qızıl qaydadan 5–ni nəzərə çatdırıb. Həmin qaydaları təqdim edirik: 1. Gözləmə ki, uşağın sənin kimi, və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox özü kimi olmağı öyrət. 2. Uşaqdan onun üçün elədiklərinin əvəzini

“Qlobal Riserç” (Global Research) bildirir ki, hazırda dünyanın 40 ən böyük əczaçılıq (farmasevtika) şirkəti koronavirusa qarşı vaksinin və ya dərmanın hazırlanması istiqamətində elmi araşdırmalarını davam etdirir. Bu işə milyardlarla dollar xərclənir. Ancaq koronavirusa qarşı effektli vasitənin daha çox gəlir gətirəcəyi bəri başdan məlumdur. O da aydındır ki, bu ilin sonuna kimi belə bir vasitənin apteklərdə satılacağı inandırıcı görünmür. Ancaq koronovirusla mübarizədə təbabət getdikcə daha

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə
Yazı axını