Reklam

Ərşad Əzimzadə:"Virusun qənimi - patruldur"
29-03-2020 11:46

Düzgün qidalanan adamın bədənində çox güclü PATRUL dəstələri olur. Onlar qana soxulmaq istəyən mikrobları dərhal blokadaya alıb məhv edirlər. Belə insanın müdafiə xətti (immun sistemi) güclü olur. Heç bir virus onun üçün təhlükəli deyil. Qeyri-sağlam həyat tərzi keçirən insanların müdafiə xətti çox zəyif olur və mikroblar çox asanlıqla onu yarıb keçə bilir. Belə insanı yayda da qrip tutur. Daima xəstə olur və dünyasını tez dəyişir.
İmmun sistemini gücləndirmək üçün hər kəs kifayət qədər çiy su içməli, meyvə-tərəvəz, göy-göyərti, qoz, fındıq, badam, şabalıd, günəbaxan və boranı tumu (hamısını çiy şəkildə) yeməli, faydalı hərəkətlər etməli (idman faydalı hərəkət deyil, bədən tərbiyəsi ilə məşqul olmaq yaxşıdır), tez yatıb tez də durmalı, xeyirxah işlərlə məşqul olmalıdır..Orqanizmə lazım olan zəruri elementlər Günəş işığında da boldur.
Bizi viruslardan qoruyan patrulların əsas qidası C (S) vitamini və yoddur. Bu elementlərin əsas yatağı limon və sarımsaq olduğu üçün belə bir məhluldan istifadə etməyi məsləhət görürəm. 3 litirlik balona xırda doğranmış orta həcmli 2-3 baş sarımsaq və 4-5 dilimlənmiş limon tökün, üstünə 3 litr çiy su əlavə edin, sərin yerdə 1 sutka saxlayın. Hazırdı.
Suyun rəngi göyərsə, deməli, sarımsaq Çinin saxta məhsullarından biridir. Sarımsağı əvvəllcədən başqa qabda yoxlamaq olar.
Gündə 3 dəfə, hər dəfə stəkanın 3\1-i qədər bu mayeni yeməkdən 30 dəqiqə əvvəlqabaq qəbul edən adam "koronavirusun" atasını yandıra bilər.
Nəzərinizə çatdırım ki, virus təkcə yaşlılara deyil, gənclərə və uşaqlara da yoluxa bilir. Hər şey immun sisteminin vəziyyətindən asılıdır.
Virusdan qorxmayın. Amma özünüzü qorumağı da unutmayın.
Allah yaxşı insanları qorusun !!!
Ərşad Əzimzadə,
"Ana Təbiət"NGM-nin rəhbəri,
yazıçı-jurnalist
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
