Reklam
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi "Evdə qal” kampaniyasına qoşulub- ŞƏKİLLƏR
29-03-2020 20:09
”Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birlikdə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub və koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə başladılan bu kampaniyaya dəstəyini ifadə edir.Dalidag.az xəbər verir ki, İctimai Birliyin sədri Qənbər Qurbanov, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümummilli yardım təşəbbüsünə qoşularaq ölkəmizdə koronavirusla mübarizə tədbirlərinə töhfə verib.
Eyni zamanda İctimai Birliyin sədr müavini Həbib Misirovun iştirakı ilə, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilmiş, tibbi maska və spirt paylanılmış, virusdan qorunma haqqında maarifləndirmə işi aparılıb.
İctimai Birliyin sədr müavini H. Misirov “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulduqlarını elan edərək, tərəfdaş qurumlarla birgə ölkəmizi ciddi şəkildə təhdid edən koronavirusla mübarizədə bütün resurslarını səfərbər edəcəklərini və Şuranın başlatdığı layihəni ən güclü şəkildə dəstəkləyəcəklərini bildiib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi hər zaman ölkəmizin maraqlarını öndə tutaraq ümumxalq çağırışlarına dəstəyini ifadə etdiyi kimi, bugün də xalqımızın təhlükəsizliyinin və sağlamlığının qorunması naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.
Dalidag.az















Kateqoriya: Sosium
Tarix: 29-03-2020 20:09
Baxış sayı: 3879Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























