Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 50-ə yaxın çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub. Onlara bir daha bildirilib ki,

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində daha bir qəhrəmanımız xatırlandı - Pəncəli Teymurov... Bu ad bəlkə də bir çoxunuza tanış deyil. Əlbəttə, ermənilərin başına 1 milyard (dramla) pul qoyduğu bu “kölgə adam” mümkün qədər gizli fəaliyyət göstərməli idi. Özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqlarından düşmən ordusunda da danışılırdı. Dalidag.az Pəncəli Teymurov haqqında məlumatı təqdim edir: Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub.

Tarix boyu qadınlar müxtəlif sahələrlə maraqlanıb, fəlsəfə də bunlardan biridir. Amma o dövrlərdə qadınlara ikinci sinfin nümayəndəsi kimi münasibət bəslənilir və gördüyü işlər gözardı edilirdi. Antik dövr və orta əsrlərdə fəlsəfə ilə məşğul olan qadınlar cadugərlikdə ittiham olunur, cəzalandırılırdı. Buna baxmayaraq, qadınlar kişilərlə birlikdə fəlsəfənin də öhdəsindən gələrək, ön cərgələrdə yerlərini ala bildilər. Dalidag.az antik və orta əsrlər dövrlərinin qadın filosofları haqda məlumatları

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Dalidag.az -ın xəbərinə görə, ilin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların oda olan inamından qaynaqlanıb. Od çərşənbəsinin mahiyyətində odun qədimdən insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Qədim türk təfəkkürünə görə, od insanı şərdən qoruyur, sehri-cadunu batin edir, insanı təmizləyir. Təsadüfü
Yazı axını