Reklam
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur -ŞƏKİLLƏR
29-03-2020 16:38
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib.
Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.
Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 29-03-2020 16:38
Baxış sayı: 3544Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















