Reklam
Kəlbəcərdə festival keçiriləcək
21-04-2026 11:00
Dünya aşıqları Dədə Şəmşirin işığına toplaşacaq

Yaxın zamanlarda Kəlbəcər rayonunda genişmiqyaslı aşıq festivalının keçirilməsi planlaşdırılır.
Dalidag.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın zəngin aşıq sənətinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil edilən tədbirə həm yerli, həm də xarici ölkələrdən tanınmış aşıqların qatılacağı gözlənilir.
Festival çərçivəsində müxtəlif musiqi proqramları, aşıq deyişmələri, saz ifaları və folklor nümunələri nümayiş etdiriləcək. Eyni zamanda, ziyarətçilər üçün qədim aşıq sənətinə dair sərgilər, ustad dərsləri və interaktiv təqdimatlar təşkil olunacaq.
Tədbirdə Azərbaycanın tanınmış aşıqları ilə yanaşı, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələcək sənətkarların iştirakı da nəzərdə tutulur. Festivalın əsas ideyası işğaldan azad edilmiş Kəlbəcərlə dünya aşıqlarını tanış etmək, aşıqların böyük aşıq ustadı Dədə Şəmşirin yaşayıb yaratdığı məkanı ziyarət etmələrinə şərait yaratmaq, eyni zamanda Dədə Şəmşir irsinin yaşadılması və onun sənət yolunun beynəlxalq müstəvidə tanıtmaqdır.
Belə tədbirlər aşıq sənətinin inkişafına, gənclərin milli musiqiyə marağının artırılmasına və mədəni irsin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, festivalın Kəlbəcərin turizm potensialının tanıdılmasında və bölgənin mədəni həyatının canlanmasında da əhəmiyyətli rol oynayacağı bildirilir.
Qeyd edək ki, aşıq sənəti Azərbaycanın qeyri-maddi mədəni irsinin mühüm hissələrindən biri hesab olunur və bu cür festivallar onun yaşadılması baxımından xüsusi önəm daşıyır.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 21-04-2026 11:00
Baxış sayı: 354Yazı axını
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
Ən çox oxunanlar